Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Allergiya ilə tez-tez səhv salınan xəstəliklər

Allergiya ilə tez-tez səhv salınan xəstəliklər
Sakura

Allergiya ilə tez-tez səhv salınan xəstəliklər

Göz yaşarması, tez-tez asqırma, burun tutulması, dəri səpkiləri, öskürək ... Bu cür simptomlar varsa, tibbdən uzaq bir insana şikayət etsəniz, dərhal allergiya olduğunu deyəcək. Ola bilər ki, də doğru olsun.

"Çox vaxt allergik reaksiyalar altında digər xəstəliklərin simptomları gizlənir ki, onları əsasən antigistamin preparatların qəbuluyla, “susdurmağa” çalışırlar. Ancaq bu, əvvəla faydasızdır, ikincisi isə təhlükəlidir"  həkim-terapevt  Yelizaveta Klimova bildirir.  Heç də bütün xəstəliklər müalicə olmadan öz-özünə gedə bilməz. Yox sayılan xəstəliklərin əksəriyyəti ya xroniki olur, ya da ciddi fəsadlara səbəb olur. "

Əksər hallarda səhv salınan  allergiyanı digərindən necə ayırmaq olar?

1. Atopik dermatit

Uzun zaman,  hətta rəsmi tibb belə atopik dermatiti müstəqil bir xəstəlik deyil,  allergiyanın təzahürü hesab edirdi. İndi  bu yanaşma səhv hesab olunur . Son tədqiqatlar göstərir ki, atopik dermatit, zülal sintezinin pozulduğu, dərinin qoruyucu baryerini pozan genetik xəstəlikdir. Nəticədə  dəri quruyur, qızartı, soyulma və qaşınma meydana gəlir.

Əsas əziyyət verən tozağacıdır. Allergiya meyilli  xəstələr ilıq yaza necə dözürlər?

Həssas dəri hər hansı bir qıcıqlandırıcıya kəskin reaksiya verdiyindən, xəstəliyin şiddətlənməsinə allergenlərin (toz, müəyyən qidalar, kosmetik məhsullar) səbəb olduğu təsəvvürü yarana bilər. Əslində, atopik dermatitlə mübarizənin ən yaxşı üsulları, allergenlərdən uzaq durmağa çalışmaqdansa, dərmanların səriştə və savadlı şəkildə seçilməsi və  dəriyə düzgün  qulluqdur.

2. Rinit

Zökəm -  xain  xəstəlikdir. Burun tutulması səbəbiylə az adam tibbi yardım alır. Hərçənd ki, müalicə olunmayan burun axması təhlükəli fəsadlara yol aça bilər- otit (qulağın iltihabı), sinusit (əlavə burun qoltuqları iltihabı), laringit və faringit (qırtlağın və udlağın iltihabı), traxeit və bronxit (yuxarı və aşağı tənəffüs yollarının iltihabı).

Allergik və yoluxucu rinitin əsas simptomları eynidir -  burun axması  və davamlı burun tutulması.

Lakin allergik rinit ümumiyyətlə burundan çoxlu su axması, tez-tez asqırma, qaşınma, gözlərin qızartı və göz yaşarması  ilə müşayiət olunur.

Burunun yalnız bir tərəfi tutulursa, burundan axan məhlul qatı yaşıl və ya sarıdırsa, burun içindəki məhlul tez-tez boğazın və ya  burnunun arxasından aşağı axrsa hərarət artır və üz nahiyəsində ağrılar olursa , bu  allergiya deyil soyuqdəymədir.

3. Konyuktivit

Gözlərin selikli qişasının iltihabı allergenlərə (toz dənələri, heyvan tükləri, kosmetika və s.) məruz qalma nəticəsində ortaya çıxır.

Selikli qişa iltihabının  ən çox yayılma səbəbi, çirkli əllər vasitəsilə gözə daxil olan infeksiyadır. Bu vəziyyətdə antigistamin vasitələr faydasızdır. Bakterial konyunktivitdə göz damcıları və ya antibiotik məlhəmlər rahatlıq gətirəcək.  (bunlar ən az 7-10 gün istifadə edilməlidir).

Yazda  konyuktivin ortaya çıxması, yoluxucu və son dərəcə xoşagəlməz bir xəstəlikdir, yalnız simptomatik müalicəsi mövcuddur.

Əgər bakterial formada hər iki göz daha tez-tez yoluxursa və iltihablanma prosesi bol selik ifrazı ilə müşayiət olunursa, virus bir gözə təsir edirsə, göz yaşı iltihab  ilə müşayiət olunur.

4 Öskürək

Zəhlə tökən quru öskürək-  allergiyanın əlamətlərindən biridir.  Yoluxucu öskürəkdən fərqli olan   xüsusiyyəti, allergiya qıcıqlandırıcısı ilə təmasda olduqda (bitki, heyvan, məişət kimyəvi maddələr,  toz, qida və s.) baş verir. Qəflətən "heç bir yerdən" meydana gəlir, yəni yoluxucu xəstəliklərlə əlaqəli digər simptomlara malik deyil.

Ancaq 90% hallarda öskürək yoluxucu  xəstəliyin əlaməti hesab olunur. Odur ki, buna biganə qalmaq olmaz. Kəskin tənəffüs xəstəliklərində müalicə olunmayan öskürək, məsələn, sətəlcəmə səbəb ola bilər.

Mənbə: aif.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR