Slimfit
  1. SİYASƏT

Allahşükür Paşazadə erməni katolikosuna cavab verdi

Allahşükür Paşazadə erməni katolikosuna cavab verdi
Sakura

Allahşükür Paşazadə erməni katolikosuna cavab verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bölgədə baş verən erməni təxribatları ilə bağlı açıqlama verib.

Allahşükür Paşazadə Kilikiyalı erməni katolikosu I Aramın Qafqaz bölgəsi üçün təhrikedici və qızışdırıcı bəyanatına da münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, Şeyxülislam Allahşükür Paşazadə deyib ki, I Aramın Qafqaz bölgəsi üçün həssas olan məsələyə dair təhrikedici və qızışdırıcı bəyanatı bölgə xalqlarının hiddətinə səbəb olub.

O, müsahibəsində erməni dini rəhbərliyinin vəzifə borcunun əksinə hərəkət etdiyinə diqqət çəkib.

Şeyxülislam bildirib ki, siyasilərin təhriki ilə hərəkət edən Katolikos I Aramı Qafqaz bölgəsinin taleyi ilə bağlı bəyanatının bölgə xalqları, o cümlədən erməni xalqının özü üçün hansı faciələrə yol aça biləcəyi narahat etmir. Bu din xadiminin yeganə istəyi populist bəyanatlarla gündəmə gələrək dini karyerasında irəliləyiş təmin etməkdir.

Şeyxülislam bildirib ki, münaqişəni yenidən qızışdırmağa, dini zəminə gətirməyə cəhd edən, xristian-müsəlman qarşıdurmasını körükləmək istəyən və beləcə, odla oynayan livanlı erməni katolikosun məramı aydındır. Azərbaycan nə qədər xoş niyyətini bəyan etsə də, Ermənistan dini lideri siyasi oyunların içərisində oyuncağa çevrilib.

Allahşükür Paşazadə bildirib ki, I Aramın məlum havadarlarının tövsiyəsi ilə ölkə xaricində oturub bizim bölgəmizdəki hadisələrə qarışmaq, onları xoşagəlməz məcraya yönləndirmək cəhdlərinin qarşısı qətiyyətlə, birmənalı şəkildə alınmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR