Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alkoqol və xərçəng

Alkoqol və xərçəng
Sakura

Alkoqol və xərçəng

Tütün kimi alkoqol da alkoqolun növündən – şərab, pivə və ya likyor asılı olmayaraq xərçəng riskinin artması ilə əlaqəli olan bir neçə maddədən biridir. Аmerika Xərçəng Araşdırmaları Assosiasiyasının tövsiyələrinə əsasən, alkoqol istifadəsi bu xərçəng növlərinin inkişaf riskini artırır:

- Baş və boyun xərçəngi, xüsusən ağız boşluğu, udlaq (boğaz) və qırtlaq (səs telləri) xərçəngi

- Qaraciyər xərçəngi

- Qida borusu xərçəngi

- Süd vəzi xərçəngi

- Kolorektal xərçəng

İnsanın hansı sıxlıqla və nə qədər uzun müddət alkoqol istifadə etməsindən asılı olaraq xərçəngin bu növlərinin inkişaf riski də o qədər yüksəkdir. Bu toxumalar alkoqolla birbaşa təmasa girdiyindən ən böyük risk qırtlaq, qida borusu və ağız boşluğunun xərçənginə aiddir.

Tədqiqatçılar hələ də alkoqolun xərçəngin inkişaf riskini artırmasının səbəblərini aydınlaşdırmağa çalışırlar.

Artan risk sağlam hüceyrələrin DNT-sinə zərər vura biləcək iki kimyəvi maddə ilə əlaqəli ola bilər:

- Etanol, alkoqollu içkilərin əsas hissəsi olan maddə

- Asetaldehid, alkoqolun mənimsənilməsi nəticəsində bədən tərəfindən istehsal olunan maddə

- Alkoqol estrogen hormonunun parçalanmasına mane ola və beləliklə, qanda estrogen miqdarını artıra bilər. Bədəndə yüksək miqdarda estrogen olması, süd vəzi, yumurtalıq və uşaqlıq xərçənginin yaranması üçün risk amilidir. Bu, menopauza girməmiş və menopauzal hormon əvəzedici terapiya qəbul edən qadınlar üçün xüsusi narahatlıq yaradır.

Alkoqol istifadəsi orqanizmin vacib qida maddələrini həzm qabiliyyətini zəiflədə bilər:

- A vitamini

- C vitamini

- D vitamini

- E vitamini

- Fol turşusu

- Karatinoidlər

Alkoqol çəkinin artmasına səbəb ola bilər ki, bu da öz növbəsində xərçəngin inkişaf riskini artırır.

Alkoqol istifadəsi ilə bağlı tövsiyələr

Xərçəngin tamamilə qarşısını almaq üçün sübut edilmiş bir yol yoxdur. Buna baxmayaraq, alkoqolla əlaqəli riski azaltmaq üçün qəbul edə biləcəyiniz bir sıra addımlar var:

İçdiyiniz alkoqollu içkilərin miqdarını azaldın. Qadınlar üçün: bu, gündə bir dəfədən artıq deyil. Süd vəzi xərçəngi riskindən narahat olan qadınlar spirt istehlakını həftədə 3-4 içki ilə məhdudlaşdırmaq istəyə bilərlər. Kişilər üçün: bu, gündə 1-2 dəfədən artıq deyil. Birdəfəlik içki həcmi bu cür müəyyənləşdirilir:

- 341 millilitr (ml) pivə

- 142 ml şərab

- 43 ml 80-dərəcəli likyor

Bu, orta dərəcədə alkoqol istifadəsinin ölçüsüdür. Standart içki hesab olunanları ümumiləşdirən cədvələ baxa bilərsiniz. Standart içki - tərkibində təxminən14 qram təmiz alkoqol (təxminən 0,6 unsiya maye və ya 1,2 yemək qaşığı) olan hər hansı bir içkidir.

Sağlamlıqla bağlı tövsiyələrə əsasən, “standart” içki miqdarı sağlamlıq üçün xeyirli olsa da, onlar adi porsiya ölçülərini əks etdirməyə də bilər. Üstəlik, hər içki növünün alkoqol miqdarı da (məsələn pivə, şərab, distillə edilmiş spirtlər) dəyişkəndir.

İçkinin yalnız hansı sıxlıqla içilməsi deyil, eyni zamanda, həcmi də əhəmiyyətlidir. Qadınlar üçün alkoqol qəbulu bir dəfədə dörd və ya daha çox içki anlamına gəlir. Kişilər üçün bu, beş və ya daha çox deməkdir. Həddindən artıq alkoqol istehlakı hətta tez-tez içməsəniz belə, müəyyən xərçəng növlərinin inkişaf riskini artıra bilər.

Qırmızı şərab da bu vəziyyətdə istisna deyil. Qırmızı şərab içilməsinin xərçəngin qarşısını aldığına dair aşkar sübutlar yoxdur. Beləliklə, tövsiyə olunan mövcud məhdudiyyətlər qırmızı şərab üçün də tətbiq olunur.

Alkoqol və tütün məmulatlarının istehlakından çəkinin. Bunların qarışdırılması müəyyən xərçəng növlərinin inkişaf riskini daha da artırır. Bunlara ağız boşluğunun, udlaq, qırtlaq və qida borusunun xərçəngi daxildir.

Yetərincə folat qəbul etmək, süd vəzi xərçəngi kimi alkoqolla bağlı olan bəzi xərçəng növlərinin yaranması riskindən qoruya bilər. Folat yaşıl yarpaqlı tərəvəzlərin, meyvələrin, qurudulmuş lobya və noxudun tərkibində olur.

Menopauza zamanı hormon əvəzedici terapiya qəbul edirsinizsə həkiminizlə danışın. Alkoqol ilə birləşdikdə, bu hal süd vəzi xərçəngi kimi müəyyən xərçəng növləri riskini daha da artıra bilər.

Məsələn, alkoqol ağız yaralarını qıcıqlandıra və ya ağırlaşdıra bilər və ya ağızda quruluğa səbəb ola bilər. Xərçəng müalicəsi zamanı alkoqol qəbul etmək müalicənin yan təsirləri riskini artıra, susuzlaşmaya (dehidrasiya) və ya qida maddələrinin itirilməsinə səbəb ola bilər.

Alkoqol və xərçəngin təkrarlanması (residiv)

Süd vəzi xərçəngindən uğurlu müalicə keçmiş qadınlar üzərində aparılan tədqiqatlarda orta miqdarda alkoqol qəbulunun residiv riskini artırdığı barədə heç bir məlumat yoxdur. Residiv xərçəngin təkrarlanmasıdır. Bundan əlavə, orta miqdarda alkoqol istehlakı ömrü qısaltmır.

Digər xərçəng növləri haqqında oxşar məlumatlar məhduddur. Ancaq xərçəngin inkişafı riski səbəbindən xəstəliklə bağlı diaqnoz qoyulduqdan sonra alkoqollu içki qəbulundan qaçmaq daha yaxşıdır.

Tədqiqatlar, həmçinin, onu göstərir ki, baş və boyun xərçəngindən sonra sağ qalan və içki içməyə davam edən şəxslərdə residiv riski yüksəlir. Bu vəziyyət xüsusilə orta və ağır alkoqol istifadəsi üçün bu doğrudur.

Xərçəng keçirmisinizsə, həkiminizlə nə qədər alkoqol içdiyiniz və bunun uzun müddətli perspektivdə sağlamlığınıza hansı təsirləri göstərə biləcəyi barədə danışın.

https://www.cancer.net/navigating-cancer-care/prevention-and-healthy-living/alcohol

Sevinc İbrahimova 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR