Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alkoqol kasıblara və varlılara fərqli təsir göstərir

Alkoqol kasıblara və varlılara fərqli təsir göstərir
Sakura

Alkoqol kasıblara və varlılara fərqli təsir göstərir

Norveç alimlər araşdırma aparıb alkoqolun qəbulu ilə insanın maddi vəziyyəti arasında əlaqənin olmasını aşkar ediblər. Tibb işçiləri öz həmkarlarının sağlamlığını son 50 ildə müşahidə ediblər. “Biz alkoqollu içkilərlə ölüm asılılığını ürək-damar xəstəliklərindən həyat dövrünün sosial-iqtisadi vəziyyətinə qədər araşdırdıq”, - Norveç ümumi sağlamlıq institurundan olan Eyrik Deqerud və onun həmkarlarının işində bəhs edilir.

Alimlərin müşahidələrinə əsasən spirtli içki varlı və kasıb insanların sağlamlığına fərqli təsir göstərir. Kasıbların daha yaxşı sosial-iqtisadi vəziyyətə malik olanlardan daha az alkoqol qəbul etməsinə baxmayaraq dövri qəbul onların ürək-damar xəstəliklərindən vaxtından tez ölümünə,hətta infart və ateroskleroza belə səbəb olurdu.

“Orta təbəqə istehlakçılarında ürək-damar xəstəliklərindən olan ölüm riski daha az xoşbəxt olan istehlakçılardan daha az idi. Biz müşahidə etdik ki, bu assosiasiya daha yüksək sosial-iqtisadi statusa malik olanlarda bütün ömür boyu  daha aydın görünürdü”, - alimlər fikrini yekunlaşdırdı.

Burada deyilir ki, alkoqolun orta səviyyədə istehlakı ürək-damar xəstəliklərindən ölüm ehtimalını azaldırdı. Lakin varlılar arasında bu faiz kasıblardan daha çox idi. Bununla yanaşı sosial-iqtisadi vəziyyət insanlar bir həftə boyunca sərxoşluq edən insanlara heç bir təsir göstərmirdi. Belə hallarda kasıblar da, varlılar da ürək xəstəliklərindən ölürdü. Həmçinin aydın olub ki, alkoqolun uzun müddətli qəbulu qaraciyər sirrozu və beyin fəaliyyətini pozulmasına gətirib çıxarmır, lakin digər daha ağır nəticələrə səbəb olur: xərçəngin 7 növünün inkişafına və böyrəklərlə əlaqədar problemlərin yaranmasına gətirib çıxarır.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR