Dərc edildi: Baxış sayı: 554
Alimlərin ev probleminə görə hökumətə müraciət edildi
AMEA hökumətə alimlər üçün güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi üçün müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan alimləri Abşeron rayonunun Saray qəsəbəsində tikilən bina üçün ödəniş etməkdə çətinlik çəkirlər.
"Hələlik alimlər üçün ipoteka kreditinin verilməsi məsələsi öz həllini tapmayıb. Binanın kvadratmetri cəmi 450 manata təklif edilir. Lakin buna baxmayaraq, bəzi alimlər pulu ödəyə bilmirlər. Ümid edirəm ki, bu müraciətə müsbət yanaşılacaq və alimlər evlərin ödənişini həyata keçirə biləcəklər".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət