Slimfit
  1. CƏMİYYƏT

Alimlərdən XƏBƏRDARLIQ: Xəstələr sağaldıqdan sonra...

Alimlərdən XƏBƏRDARLIQ: Xəstələr sağaldıqdan sonra...
Sakura

Alimlərdən XƏBƏRDARLIQ: Xəstələr sağaldıqdan sonra...

İnsanlar koronavirusa qarşı heç vaxt antikor qazana bilməzlər, çünki bəzi hallarda xəstə sağalandan sonra antikorlar yox olur.

Ens.az xəbər verir ki, Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika və Çin alimləri açıqlayıb.

Mütəxəssislər koronavirusun mərkəzinə çevrilən Uhandakı tibb işçilərinin immunitetini öyrəndikdən sonra bu nəticəyə gəlib. Xəstəliyin başlanğıc mərhələsində həkimlər yoluxmuş xəstələrlə birbaşa əlaqə qurub.

Tədqiq olunan 23 min həkimin ən azı dörddə birinin yenidən koronavirusa yoluxa biləcəyi ortaya çıxıb, yalnız 4 faizində inkişaf etmiş antikor olub. “İnsanlar bu virusa qarşı uzun müddətli antikor hazırlaya bilməzlər”, - araşdırmada bildirilib. Bundan əlavə, araşdırılan xəstələrin 10 faizindən çoxunda bərpa edildikdən sonra bir ay ərzində bədəndən antikorların yoxa çıxa biləcəyi məlum olub.

May ayında isə İsveç alimləri kütləvi immunitet strategiyasının effektivliyinə şübhələrini ifadə etmişdi. Stokholm sakinlərinin yalnız 7,3 faizi aprelin sonuna qədər koronavirusa qarşı antikor inkişaf etdirib. Bir çox mütəxəssis daha çox vətəndaşın xəstəliyə qarşı müəyyən bir immunitet qazanacağını gözləyib.

Son məlumatlara görə, dünyada 8,33 milyondan çox virus infeksiyası qeydə alınıb. Pandemiya zamanı 448,5 min insan ölüb, 4 milyonu sağalıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR