Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlərdən şiş və qan xəstəliklərini müalicə etməyə imkan verən kəşf

Alimlərdən şiş və qan xəstəliklərini müalicə etməyə imkan verən  kəşf
Sakura

Süni eritrositlər (qırmızı qan hüceyrələri ) yaradıldı

Ens.az xəbər verir ki, Amerikanın Nyu- Meksiko  Universitetinin alimləri xarakteristikasına görə təbii qırmızı qan hüceyrələrindən daha yaxşı olan süni qırmızı qan hüceyrələri yaradıblar.

 Eritrositlər və ya qırmızı qan hüceyrələri, diametri 7 ilə 10 mikron arasında dəyişən, iki tərəfi çökək formaya malik xüsusi heyvan qan hüceyrələridir.  Qırmızı qan hüceyrələrinin əsas vəzifəsi ağciyərlərdən bədən toxumalarına oksigen daşımaq və karbon qazını bədən toxumalarından ağciyərlərə nəql etməkdir.  Bir eritrositin  insan  bədənində yaşama ömrü 3 aydan 4 aya qədərdir.

 Eritrositlər özündə milyonlarla hemoqlobin molekullarını -  oksigeni bağlayan dəmir tərkibli protein birləşdirir.  Qırmızı qan hüceyrələri heyrətləndirici bir elastiklikə sahibdirlər, onlar  hətta ən kiçik kapilyarlardan belə keçərək  toxumalara həyat bəxş edən oksigeni daşıyırlar.  Eritrositlərin səthi,  onları immun sisteminin hüceyrələrindən qoruyan xüsusi bir zülal - limfositlərlə örtülmüşdür 

 Uzun müddətdir ki, alimlər eritrositləri sintez etməyə, bədəndə təbii oksigen daşıyıcılarını əvəz edə biləcək hüceyrələr yaratmağa çalışırdılar, amma bu nəticə vermirdi.  Çünki yeni hüceyrələr o qədər uzun müddətli həyat dövrünə malik deyildi və ya oksigenin və karbonun nəqli üçün əlverişli deyildi.

 Nyu- Meksiko Universitetinin bir qrup alimi təbii qırmızı qan hüceyrələrindən heç  də pis olmayan və hətta bəzi parametrlərə görə daha yaxşı olan süni qırmızı qan hüceyrələri yaratdılar.  Laboratoriyada yaradılan yeni hüceyrələr toxumalara oksigen çatdırmaqla yanaşı, müxtəlif dərmanları toxumalara çatdıra və hətta  orqanların diaqnostikasını həyata keçirə bilir.

 Yeni hüceyrələr yaratmaq üçün alimlərə donor qırmızı qan hüceyrələri lazım olub.  Onların səthi silikon tərkibli preparatın ən incə təbəqəsi ilə örtülmüşdü.  Beləliklə, şablon kimi bir şey yaratmağı bacardılar.  Daha sonra bu hüceyrələr  eritrositlərin dublikatının yaradıldığı başqa bir polimer təbəqəsi ilə örtüldü. Ən sonda qırmızı qan hüceyrələrinin nüsxələri immunitet sistemindən qorunmaq üçün xüsusi bir protein ilə örtüldü.

 Təcrübələr zamanı alimlər qırmızı qan hüceyrələrinin içərisinə oksigen daşımaq üçün hemoqlobin,   antineoplastik dərmanlar, maqnit nanohissəciklər və toksinlərin bioloji sensorları olan maddələr yerləşdirə bildilər və bununla da yeni sintetik hüceyrələrin nəqliyyatı imkanlarını nümayiş etdirdilər.

 Bu kəşf, müxtəlif dərmanları bədənə təsirli şəkildə çatdırmaq, toksinlərlə mübarizə aparmaq və müxtəlif şiş və qan xəstəliklərini müalicə etməyə imkan verəcək.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR