Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlərdən bəd xəbər - Xərçəngdən tam sağalmaq mümkün deyil

Alimlərdən bəd xəbər - Xərçəngdən tam sağalmaq mümkün deyil
Sakura

Alimlərdən bəd xəbər - Xərçəngdən tam sağalmaq mümkün deyil

Əksər hallarda insan orqanizmində bütün xərçəngli hüceyrələri məhv etmək mümkün olmur. Xərçənglə mübarizədə daha effektiv metod metastazların inkişafını əngəlləməkdir. “Lock-'n'-block” adlandırılan yeni yanaşma artıq heyvanlar üzərində uğurlu şəkildə sınaqdan keçirilib.

MedicalXpress nəşrində dərc olunan məlumata əsasən, bunu ABŞ-ın Perdyü Universitetinin tibbi kimya və molekulyar əczaçılıq kafedrasının dosenti Maykl Vendt bildirib.

Onun sözlərinə görə  siçanlar üzərində aparılan sınaqların nəticəsi, fostamatinib (immun trombositopeniyanın müalicəsi üçün nəzərdə tutulan peroral dərman preparatı - red.) ikinci dərəcəli şişli ocaqların, yəni sadə dillə desək metastazların meydana gəlməsinin qarşını alır. O metastazlı hüceyrələrin tərkibində olan xüsusi zülalalı - SYK tirozinkinazını inhibasiya (boğmaq, kimyəvi reaksiyaların sürətini azaltmaq - red.) edə bilir.

İlkin ocaqda qan damar sistemi ilə digər bədən üzvlərinə yayılan bu hüceyrələr uzun illər davam edə bilən lanentlik dövründən keçir və terapiyaya güclü davamlılıq göstərir.

Alimlər süd vəzisinin bədbaxssəli şişlərinin biolüminesent lüsiferaz zülalını hasil etməsi üçün onları modifikasiya edib, daha sonra dördhəftəlik gəmiricilərin orqanizminə yeridib. Şiş 200 kub millimetr ölçüyə çatanda, onu cərrahi müdaxilə yolu ilə kənarlaşdırıblar, ardınca heyvanları fostamatiniblə müalicə ediblər.

Lüsiferaz alimlərin metastazlı hüceyrələrin yayılma aktivliyini və çevrəsini müşahidə etməsinə imkan verib. Araşdırma göstərib ki, fostamatinib metastazların aktivləşməsinin qarşısını alır və ya ona əngəl yaradır.

Alimlərin sözlərinə görə, döş vəzi xərçəngi hazırda müalicəsi olmayan xroniki xəstəlik kimi nəzərdən keçirilir. Hətta ilkin şiş uğurlu şəkildə kənarlaşdırılanda belə, 10-20 ildən sonra ikinci dərəcəli ocaqlar meydana gələ bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR