Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlərdən açıqlama: alkoqolun istifadəsindən sonra qaraciyəri necə bərpa etmək olar?

Alimlərdən açıqlama: alkoqolun istifadəsindən sonra qaraciyəri necə bərpa etmək olar?
Sakura

Alimlərdən açıqlama: alkoqolun istifadəsindən sonra qaraciyəri necə bərpa etmək olar?

Alkoqol orqanizmin bütün sistemini məhv edir, amma ən böyük zərbə qaraciyərə düşür.

Ens.az xəbər verir ki, Çin alimləri alkoqol istifadəsindən sonra hansı bakteriyaların qaraciyəri bərpa etməsini aydınlaşdırıblar. Bir sıra təcrübələr apardıqdan sonra aşkar ediblər ki, laktobakteriyalar bu vacib orqana təsir göstərir.  

Mütəxəssislər səkkiz həftə ərzində alkoqol verilən laboratoriya siçanları üzərində bir sıra sınaqlar aparıblar. Nəticədə orqanizmdə laktobakteriyalar və bifidobakteriyalar səviyyəsində azalma, bağırsağın pH-nın artması, həmçinin patogen bakteriyaların həddindən artıq böyüməsi müşahidə edilib.  

Son iki həftədə sınaqdakıları yüksək sağlı dietaya qoşdular, qidalarına isə Lactobacillus rhamnosus (LGG) dənələri əlavə edildi. Analizlər göstərdi ki, keçirilmiş sınağın sonunda LGG dənələrinin verilməsi bağırsaq mikroflorasının bərpasına kömək etdi, bu da öz növbəsində piy yığılmasını və qaraciyərdə iltihablanma səviyyəsini azaltdı.  Beləliklə, tədqiqatçılar belə nəticəyə gəldilər ki, laktobakteriyalar alkoqol disbakteriozunu aradan qaldırmağa qadirdir, qaraciyərdə yağ yığılması və iltihabını azaldır.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR