Slimfit
  1. KOSMOS

Alimlər Yupiterin peykində böyük su buxarı aşkar ediblər

Alimlər Yupiterin peykində böyük su buxarı aşkar ediblər
Sakura

Alimlər Yupiterin peykində böyük su buxarı aşkar ediblər

 ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin alimləri Yupiter planetinin “Europa” təbii peykində böyük su buxarı aşkar ediblər.

AZƏRTAC “Science Alert” nəşrinə istinadla xəbər verir ki, astronomlar Havay adalarındakı Kek rəsədxanasının göy cisimlərinin atmosferinin kimyəvi tərkibini müəyyən etmək üçün spektroqrafdan istifadə etməklə aparılan 17 müşahidənin nəticəsində əldə edilən məlumatları təhlil ediblər. Onlar bu qənaətə gəliblər ki, su buxarının yaranması əvvəllər hesab olunduğu kimi o qədər də aktiv baş vermir. Onlar ayrı-ayrı intensiv püskürmə nəticəsində meydana gəlirlər.

Qeyd olunur ki, hazırda peykdə maye suyun olması sübut olunmayıb, amma onun səthindən buxarlanan su bir neçə dəqiqə ərzində olimpiya hovuzunu doldurmağa bəs edər. NASA-nın qarşıdakı “Europa Clipper” missiyası 2023-cü ilədək Yupiter planetinin buzlu təbii peykinin səthini təfərrüatı ilə öyrənməyə imkan verəcək. Bu kosmik aparat təbii peykin ətrafında 45 dəfə dövr edərək kameralar, spektrometrlər və radarları vasitəsilə geniş tədqiqat aparacaq.

İyirmi il əvvəl də NASA-nın “Qaliley” kosmik gəmisi və “Hubble” kosmik teleskopu bu göy cismində buz və su buxarının olması barədə məlumatlar əldə etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR