Dərc edildi: Baxış sayı: 280
Alimlər yeni koronavirus epidemiyasının geri çəkiləcəyi tarixi açıqladılar
Yell Universitetinin ictimai səhiyyə üzrə mütəxəssisi Çen Si 21 fevralın koronavirus epidemiyası baxımından mühüm tarix olacağını hesab edir.
“Sky News” xəbər verir ki, epidemiyanın pik nöqtəsi 12-16 fevral tarixlərinə təsadüf edəcək.
Bu tarixlərədək virusa yoluxanların və ölənlərin sayı artacaq.
Xəstəliyin pik nöqtəsinə yaxınlaşdığını deməyə yoluxanların sayının sürətlə artması imkan verir.
Mütəxəssislərin fikrincə, Çin hökumətinin qısa zamanda virusa qarşı başladığı mübarizə onun yayılmasının qarşısını ciddi şəkildə alıb.
Qeyd etmək lazımdır ki, Uhan şəhəri karantinə bağlandıqdan sonra yeni koronavirusun çoxalma qabiliyyəti 30 faiz aşağı düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət