Slimfit
  1. ELM

Alimlər: Yalan danışan insan burnundan bəlli olar

Alimlər: Yalan danışan insan burnundan bəlli olar
Sakura

Alimlər: Yalan danışan insan burnundan bəlli olar

Yalan danışan insanı burnundan bilmək olar. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Qranada Universitetinin  alimləri bu qərara gəliblər.

Eksperiment zamanı sınaqdan keçənlərə öz yaxınlarını telefon vasitəsi ilə aldatmaq təklif olunub. Könüllülər bədən temperaturunun  yayılmasını müəyyənləşdirən termal görüntüləyici  vasitəsilə izlənib.

İnfraqırmızı təsvirlərdən məlum olub ki, insan yalan danışarkən  onun burnunun temperaturu 1,2 dərəcə aşağı düşür, alnı isə  təqribən 1,5 dərəcə isinir.

Alim Emilio Qomez Milano bildirib ki, yalan danışmağa məcbur olan şəxsin həyəcanı temperaturun  düşməsinə gətirir. Bundan başqa yalan danışan adamın əqli işi güclənir, bu da alında temperaturun qalxmasına gətirir.

Milano vurğulayıb ki, iddia eksperimentin 80 faizində öz təsdiqini tapıb. Bu da yeni üsulun yalan detektorundan daha dəqiq olduğunu göstərir.

 

Mənbə: Faktxeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR