Slimfit
  1. ELM

Alimlər: yaddaş yuxuda qeyri-adi üsulla yaxşılaşdırıla bilər

Alimlər: yaddaş yuxuda qeyri-adi üsulla yaxşılaşdırıla bilər
Sakura
:0

Alimlər: yaddaş yuxuda qeyri-adi üsulla yaxşılaşdırıla bilər

İsrailin iki təhsil müəssisəsinin - Veysman Elm İnstitutu və Təl-Əviv Universitetinin alimləri yuxu prosesində yaddaşı gücləndirmək üsulu tapıblar. Bu immovativ metod həkimlərin burun boşluğuna tətbiq etdiyi ətirin inhalyasiyasına əsaslanır.

Ens.az saytı "Current Biology" elmi nəşrinə istinadən xəbər verir ki, tədqiqatçılar bu yolla xəsarətlər nəticəsində beyin zədələri alan adamların yaddaş proseslərini bərpa etməklə yanaşı, post-travmatik stres pozğunluğundan əziyyət çəkən insanların da yaddaşını yerinə qaytaracağına ümid edirlər.

Məlum olub ki, yuxu vəziyyətində olarkən ətirin "bir tərəfli" inhalyasiyası hər iki beyin yarımkürəsində məlumatların mənimsənilməsi proseslərini və müxtəlif yuxu fazalarını fəallaşdırır. Bu cür aromaterapiyadan sonra eksperiment iştirakçıları nəzarət qrupu ilə müqayisədə yaddaş testlərində xeyli üstün olub.

Elmi iş, xarici siqnallar - qoxular daxil olmaqla, yaddaş konsolidasiyasının artırılmasının mümkünlüyünü təsdiqləyir.

Mənbə: DoktorIsrael. ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR