Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər vaxtsız ölümə səbəb olan xəstəliyə çarə tapdılar

Alimlər vaxtsız ölümə səbəb olan xəstəliyə çarə tapdılar
Sakura

ACO-ların Alsheymer, yan amiotrofik skleroz və Hantinqton xəstəlikləri ilə bağlı sınaqlarda yaxşı nəticə…

ABŞ-ın Milli Sağlamlıq institutlarının alimləri siçanlarda prion infeksiyasının törətdiyi skrepi xəstəliyini ləngitməyə nail olublar. Bu infeksiyanın törətdiyi "dəli dana" və Kreytsfeld-Yakob kimi xəstəliklər indiyədək sağalmaz hesab olunur və vaxtsız ölümlərə səbəb olur.  

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat MedicalXpress-də yayılıb.

Tədqiqatçılar komplementar prinsipi ilə RNK matrisasına birləşərək zülalların sintezinin qarşısını alan RNK-nın qısa molekulları -  ACO-dan (oliqonukleotidlər) istifadə ediblər. Alimlər ACO-nun bir neçə növünü (АСО1 və АСО2) siçanların onurğa beynindəki mayeyə yeridiblər. Gəmiricilərin bəzisini bu inyeksiyadan 14 gün əvvəl, bir hissəsini isə iynə vurulduqdan bir neçə həftə sonra skrepi xəstəliyinə yoluxdurublar.

Yoluxmadan 2 həftə əvvəl ACO1 yeridilən siçanlarda 250 gün müddətində heç bir kliniki əlamət görülməyib və onlar adi siçanlardan 81% çox yaşayıbar. ACO2 isə gəmiricilərin həyatını 2 dəfə uzadıb.

Yoluxmadan sonra yeridilən ACO1 isə daha səmərəli olub və həyatı 55% uzadıb.

Alimlər ACO-ları insanların prion xəstəlikərində istifadə etmək niyyətindədirlər. ACO-ların Alsheymer, yan amiotrofik skleroz və Hantinqton xəstəlikləri ilə bağlı sınaqlarda yaxşı nəticə göstərdikləri meydana çıxıb.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR