Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB?

Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB?
Sakura

Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB?

Qidalar orqanizmimiz üçün bir çox yararlı maddələrə malikdir. Son araşdırmalarla alimlər badamın bədən üçün ən yararlı qida olduğunu təsdiqləyiblər.

 Modern.az xarici mediaya istinadla badamın ən yararlı qida olması üçün göstərilən səbəbləri oxucuların diqqətinə çatdırır. Badam hər şeydən əvvəl çəkidən azad olmağa kömək edir. Nə qədər çox kalorili və yağlı olduğu görünsə də, əslində orqanizm üçün yetərlidir. Xüsusilə, sərf edilən karbohidratların yerinə badam yemək, az miqdarda kalori qəbul etmək deməkdir.

 Bir ovuc badam 163 kaloridir və tərkibində zeytun yağında olan bir sıra doymamış yağlar var. Bir ədəd badam 3,4 qram omeqa, 6 qram protein və 3.5 qram lif ehtiva edir. Bu baxımdan ürək xəstəliklərinə və kolesterola qarşı ən təbii mübarizə vasitəsidir. 

 Hər bir badamın içərisində xeyli miqdarda antioksidant var və çiy badam yemək orqanizm üçün daha xeyirlidir. Mütəxəssislər çiy badam yeməyin yaşanan stressləri azaltdığı qənaətinə gəliblər. Antioksidantlar, orqanizmdə LDL mənfi kolesterolun iltihablanmasına qarşı mübarizə aparır.

 Bir ovuc badam gündəlik maqnezium ehtiyacınızın 20 faizini qarşılayır. Buna görə də maqnezium ehtiyacınızı gündəlik badam yeyərək ödəyə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR