Alimlər Şimal qütbünü dondurmağa hazırlaşır
İngiltərədə elm adamları iqlim dəyişikliyi ilə mübarizə üçün radikal yöntəmlə sınaqlara başlamağa hazırlaşırlar. FaktXeber.com-un BBC-yə istinadla verdiyi məlumata görə, bunun üçün Kembricdə qurulacaq bir mərkəzdə Yer qütblərini dondurmaq və atmosferdən karbon dioksit (CO2) çəkmək kimi yöntəmlər sınanacaq.
Öz sahəsində bir ilk olan bu təşəbbüs karbon emisiyasında dramatik azalmalara yol aça bilər.
Qütbləri dondurmaq üçün ən çox ümid verən fikirlərdən biri hava sahəsindəki buludları daha da parlaqlaşdırmaqdır. Bunun nəticəsində buludlar Günəş şüalarını kosmosa daha çox geri qaytarar, bu da qütblərin soyumasına gətirəcək.
Gündəmdəki bir digər yöntəm də atmosferdəki karbonu çəkməkdir.
Digər fikirlər arasında CO2-ni oksigedə çevirmək üçün okeanları daha çox yaşıllandırmaq fikri də var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət