Alimlər qədim qalaktik külək kəşf etdilər
“Ölkə.Az” xəbər verir ki, Yerdən 12 milyard işıq ili uzaqda olan qalaktikada bu axın ulduzların yaranmasında iştirak edir.
Texas universitetinin tədqiqatçı alimi Castin Spilker deyib:
“Biz düşünürük ki, qaz axını və küləklər qalaktikada formalaşır və böyüyür”.Qalaktikalar soyuq molekulyar qazdan yeni ulduzlar yaradaraq böyüyürlər. Spilker digər alimlərlə birlikdə “SPT2319-55” qalaktikasında belə güclü axınlardan birini kəşf edə biliblər. Məlum olub ki, molekulyar küləkləri bizə yaxın olan qalaktikalarda da kəşf etmək mümkündür.
““SPT2319-55” qalaktikası Yerdən o qədər uzaqda yerləşir ki, biz onu ancaq Kainat milyard il əvvəl olduğu kimi görürük”, - deyə alim qeyd edib.
Süd Yolu və Andromeda kimi qalaktikalar yeni ulduzları sürətlə yaradırlar. İl ərzində bu qalaktikalarda bir ulduz yaranır. Bəzi qalaktikalarda isə il ərzində min ulduz yaranır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət