Alimlər Qədim Misirin ərazisində, Sakkara vilayətində “mumiya fabriki” aşkar ediblər
“Ölkə.Az” xəbər verir ki, bu ərazi müstəqil fironlar sülaləsinə məxsusdur və 30 mumiya aşkar edilib. Eyni zamanda bədəni mumiyalamaq üçün istifadə edilən artefaktlar da tapılıb.
Sakkarada qazıntılar bir neçə ildir ki, aparılır. Alimlər üçölçülü lazer skanerlər və radarlardan da istifadə edirlər. İki il əvvəl fironların 26-cı sülaləsinin sərdabələri olan ərazidə qazıntılara start verilib. Alimlər bildirirlər ki, bu sülalənin nümayəndələri Misirin köhnə qüdrətini və şöhrətini geri qaytarmağa cəhd ediblər. Eyni zamanda köhnə mədəniyyət və dini ayinlər bərpa edilib. Fironlar varlılar üçün nəzərdə tutulan sərdabələr inşa etdirirdilər. Bu tədbirlər ölkəni birləşdirə bilərdi və işğalçı assuriyalıları qovmağa kömək edə bilərdi. Amma yüz il sonra Misiri Əhəmənilər imperiyası işğal edir.
Əvvəlcə komanda XIX əsrin sonlarında kəşf edilmiş firon sərdabələrini tapmağa başlayır. Sərdabənin yaxınlığında imperiyanın məmurlarından biri, II Amasisin qəbri tapılır. Bu qəbir kvadrat formada idi və tipik sərdabəyə bənzəmirdi. 13 metr dərinlikdə olan qəbirin eni və uzunu 5 metrdir.
Alimlər bu məkana daxil olanda unikal mumiya emalatxanası ilə qarşılaşdılar. Burada 35 hazır mumiya, 5 sarkofaq, bir sıra bahalı və adi artefaktlar var idi. Hazırda alimlər yeni kəşf edilən sərdabənin tədqiqi ilə məşğul olurlar.
Hikmət Həsənov
Mənbə: Ölkə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət