Alimlər qarışqaların işləməyi xoşlamadığını aydınlaşdırıblar
Biz inanırdıq və nümunə çəkirdik, amma aydın olub ki, qarışqalar bütün bu vaxt ərzində bizi aldadıblar. Onlar da elə bizim kimi tənbəldir.
Görünür, bu dünya təsəvvürünün ən şokedici dəyişikliyidir. Hətta Şaxta baba haqqındakı qəfil həqiqət dövründən başlayaraq, biz qarışqaların həddindən artıq əməksevərliyi haqqında uşaqlıqdan bilirdik. Artıq Arizona Universitetindən Daniel Şarbonno və Anna Dornhausun açıqlamalarından sonra dünya əvvəlki kimi olmayacaq.
Bu arizona alimlərinin ağlına qarışqaları beş laboratoriyada fərqli rənglərə məxsus koloniyalarla yerləşdirmək gəlir ki, onlar müxtəlif fərdləri seçə bilsinlər, sonra isə onların həyatını mikrokameraya çəkib əmək münasibətlərinin necə olduğunu anlaya bilsinlər. Amma heç kim belə xəbəri gözləmirdi. Aydın oldu ki, qarışqaların ancaq 2,6%-i daim işləyir, yəni qarışqalara məxsus hərəkət edir. 70% vaxtın yarısında işləyirlər, sonra aktivliyi imitasiya etməyə başlayıblar. 25% isə heç nə etmir, sadəcə məqsədsiz ortalıqda gəzir.
Alimlər əvvəlcə elə bildilər ki, qarışqalarda iş növbəlidir və ya qarışqaların bəziləri gözlə görünməyən işlər görürlər. Amma yox, eksperimentlər göstərdi ki, qarışqaların dörddə biri “divanda oturub televizora baxır”. Buna baxmayaraq onları yedizdirirlər və qovmurlar. Əlavə olaraq aydın oldu ki, tənbəl qarışqalarda qarın digərlərindəkindən böyükdür. Təəccüblü deyil ki, biz bunu hətta yetkin primatlarda da müşahidə edirik.
Araşdırmalar davam edərkən, yeni detallar ortaya çıxdı. Koloniyadan işləyən qarışqaların bir hissəsini götürəndə, tənbəllər özündə motivasiya tapıb işləməyə yollanırdı. Tənbəlləri götürdükdə is, onları heç kim əvəz etmirdi, sadəcə onların yerinə yeniləri doğulurdu. Bununla belə tənbəllər olan koloniya digərindən fərqli olaraq daha tez inkişaf edirdi. Düzdür, alimlər hər zaman analogiyadan çəkinirlər, amma insan rejimlərinin müxtəlif insan tipləri ilə mübarizə apardığı hadisələri xatırlayırıq. Nəticədə kənarlaşmalar əvvəlki faizinə qayıdırdı, mübarizə isə dayanmırdı.
Qarışqalara gəldikdə isə, arizona tədqiqatçıları iki il ərzində 20-dən çox koloniyanı izləyərək yekun nəticəyə gəldilər: tənbəllərin özü də əmək və genetik rezervdir. Onları ona görə yedizdirirlər ki, istənilən itki zamanı onlar dərhal işə başlayırlar və həyat dayanmadan davam edir. Alimlər insanlar barəsində heç bir fikir söyləməyiblər, amma divanda oturub istirahət edənlərə özünü vacib rezerv və genetik müxtəlifliyin əsası olması hesab etməyə heç nə mane olmur. Şəhər də elə qarışqa yuvalarına oxşayır, yəni nəzəriyyə həyat üçün də yararlıdır. Hələlik təkzib edilməyib.
Mənbə: Maximonline.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət