Slimfit
  1. ELM

Alimlər qan hüceyrələrinin yeni mənbəyini aşkar ediblər

Alimlər qan hüceyrələrinin yeni mənbəyini aşkar ediblər
Sakura

Alimlər qan hüceyrələrinin yeni mənbəyini aşkar ediblər

Amerikalı alimlər aşkar ediblər ki, insan bağırsağında qan hüceyrələrinin keçmiş sələfləri rolunu oynayan hemopoetik gövdə hüceyrələri var. Bundan əvvəl hesab edilirdi ki, yeni qan hüceyrələrinin istehsal olunduğu yeganə yer sümük iliyidir. Araşdırma Cell Stem Cell nəşrində dərc olunub.

Mütəxəssislər bağırsaq transplantasiyası keçirən pasientlərdə qan ximerası - donorun hüceyrələri ilə yanaşı olan özünün qan hüceyrələrinin istehsalı  ilə rastlaşmağa başladılar.

Alimlər hələ bağırsaq toxumasının nə qədər qan istehsal etdiyini bilmirlər, amma təxminlərə əsasən göstərici orqanizmdəki bütün qanın 10%-ə qədər çata bilər.

Mütəxəssislər beş il ərzində bağırsaq transplantasiyası keçirən 21 pasienti müşahidə ediblər. Müşahidələr gedişatında onlar donorun bağırsağının selikli qişasında yad hemopoetik gövdə hüceyrələri və sələf hüceyrələri (HSPC) aşkar ediblər.

Zamanla bu hüceyrələr tədricən resipientin özünün qan toxumaları ilə əvəzlənirdi.

Əvvəllər bildirilirdi ki, Yel Universitetinin alimlər yeni qan testi hazırlayıblar ki, onun köməyi ilə insanın həyat davamlılığı və ölüm tarixini müəyyən etmək olar. Orqanizmin hüceyrələrdəki molekulyar dəyişikliklərə əsaslanan əvvəlki metodlardan fərqli olaraq, mütəxəssislər hüceyrələrin qocalmasının asılı olduğu amilləri müqayisə etməyə çalışdılar.

 

Mənbə: M24.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR