Slimfit
  1. TEXNOLOGİYA

Alimlər özübərpaolunan elektron dəri hazırlayıblar

Alimlər özübərpaolunan elektron dəri hazırlayıblar
Sakura

Alimlər özübərpaolunan elektron dəri hazırlayıblar

Elektron dəri insan dərisini təqlid edən incə, yarımşəffaf materialdır. Ondan robot texnikasında və protezlərin hazırlanmasında istifadə edilir.

ABŞ-ın Kolorado Universitetinin mütəxəssisləri elektron dərini toxunuşlara qarşı daha həssas olmağa imkan verən yeni texnologiyanı tətbiq ediblər.

AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, süni dəriyə təzyiq, temperatur və rütubətin ölçülməsi üçün sensorlar inteqrasiya edilib. Yeni ixtiranın əsasında xüsusi polimer dayanır. Alimlər polimeri gümüş nanozərrəciklərlə örtüblər ki, bu da məmulatı daha möhkəm etməyə imkan verib. Elektron dəri olduqca elastikdir və asanlıqla lazımi formanı alır. Yeni dərinin daha bir üstünlüyü də özünü bərpaetmə xüsusiyyətidir. Bu, ixtiranın uzun ömürlü olmasını təmin edəcək. Həmçinin elektron dəri tamamilə emal edilə bilər. Bunun üçün xüsusi məhluldan istifadə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR