Slimfit
  1. TEXNOLOGİYA

Alimlər müxtəlif ölkələrdə ən populyar mobil proqram növlərini müəyyənləşdiriblər

Alimlər müxtəlif ölkələrdə ən populyar mobil proqram növlərini müəyyənləşdiriblər
Sakura

Alimlər müxtəlif ölkələrdə ən populyar mobil proqram növlərini müəyyənləşdiriblər

Alimlər müxtəlif ölkə vətəndaşları tərəfindən üstünlük verilən proqram növlərini müəyyənləşdiriblər. Bu haqda İrlandiya, Finlandiya və Böyük Britaniya universitetlərinin birgə araşdırmasına istinadən “Phys.org” elmi-texniki xəbərlər portalında məlumat verilib.
 
ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, alimlər Avropa, Amerika, Asiya və Sakit Okean regionları üzrə 44 ölkədə işlədilən smartfonlarda 54,7 mindən çox proqram istifadə edən 25 mindən çox insanın coğrafi, mədəni və demoqrafik məlumatlarını, həmçinin bu ölkələrin vətəndaşları tərəfindən istifadə edilən mobil proqramları təhlil ediblər.
 
Alimlər fərdiyyətçilik mədəniyyəti adlandırılan qrup ayırıblar və ilk növbədə ABŞ-ı bu qrupa daxil ediblər. Belə ölkələrdə insanlar əyləncə xarakterli, məhz səyahət, idman, musiqi dinləmək və sair kateqoriyalara aid olan proqramlara üstünlük verirlər. Kollektivçilik ideologiyasına tərəfdar ölkələrdə (alimlər Rusiyanı bu qrupa daxil ediblər) istifadəçilər təhsil yönümlü və valideynlərə kömək etmək üçün lazım olan proqramlara üstünlük verir.
 
Alimlər qrupu tərəfindən toplanmış məlumatlara əsasən, Böyük Britaniya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiya kimi ingilis dilində danışan ölkələrin vətəndaşları proqramlardan daha aktiv istifadə edirlər. Bu, ilk növbədə onunla izah olunur ki, ingilis dilini bilənlər üçün çoxlu sayda proqram hazırlanıb. Argentina, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan və Hindistanda smartfonlar üçün az sayda proqramlardan istifadə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR