Alimlər: müasir uşaqlar daha aşağı boylu və zəif olublar
Müasir uşaqlar ötən əsrin sonlarında doğulmuş yaşıdlarından daha aşağı boylu və fiziki cəhətdən zəif olublar. Alimlər hesab edir ki, bunun səbəbi stress və qeyri-düzgün qidalanmanın artmasıdır.
Son əsrdə bəşəriyyət “böyüyüb” və “ağırlaşıb”. Əgər 50 il əvvəl orta boy 160sm idisə, indi bu 5sm çoxalıb. Orta çəki təxminən bir kiloqram artıb. Yeniyetmələrdə dəyişikliklər daha çox nəzərə çarpır. Müasir yeniyetmənin orta boyu 30-cu illərdəki yaşıdları ilə müqayisədə 3-5sm yüksəkdir.
Amma son illərdə bu tendensiya geri dönür. Rusiya Tibb Elmləri Akademiyasının uşaq sağlamlığı elmi mərkəzinin tədqiqatçıları iddia edirlər ki, uşaqların orta boyu 2sm, bədənin orta çəkisi isə 20% azalıb. Fiziki göstəricilər də aşağı düşür: məs. oğlan uşaqlarında fırçalamaq gücü 30% azalıb.
Ekspertlərin fikincə, bunun səbəbi uşağın ailədə və məktəbdə düşdüyü stressli vəziyyətlərin sayının çoxalmasıdır. İndiki uşaqların aşağı boyuna düzgün qidalanmanın çatışmazlığı da təsir göstərir. Müasir uşaqlar daha tez-tez bişirilmiş qidalar, şirniyyatla, daha az yumurta, balıq və süd məhsulları ilə qidalanırlar.
Bəzən uşaqların rasionunda kalsium çatışmır. Buna görə də həkimlər mümkün qədər çox süd məhsullarından istifadə etməyi tövsiyə edir.
Mənbə: Populyarnaya nauka
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət