Slimfit
  1. TƏBİƏT

Alimlər: Mərcanların eşitmə qabiliyyəti var

Alimlər: Mərcanların eşitmə qabiliyyəti var
Sakura

Alimlər: Mərcanların eşitmə qabiliyyəti var

Amerikalı alimlər mərcanların sürfələrində səs və küyün analizi qabiliyyəti aşkar ediblər. Vuds-Houl Okeanoqrafiya İnstitutunun mütəxəssisləri Karib dənizində aparılmış eksperimentin gedişatında belə bir nəticəyə gəldilər ki, mərcanlar məskunlaşma üçün daha çox küylü yerləri seçirlər, bu da onlarda eşitmə qabiliyyətinin olmasını göstərə bilər.

Okeanoqraflar mərcan riflərinin sayının azalmasını nəzərə alaraq, poliplərin dənizdə hansı formada məskunlaşasını təyin etməyə cəhd edirlər. Erkən tədqiqatların nəticələri göstərdi ki, mərcanların sürfələrinin davranışına suyun temperaturu, dəniz canlılarının ifraz etdiyi müəyyən kimyəvi maddələrin tərkibi və işığın kəmiyyəti təsir göstərir.

Yeni eksperimentin məqsədi məskunlaşma seçimində səsin rol oynayıb-oynamamasının təyin olunması cəhdi oldu. Bunun üçün alimlər şəffaf divarlı 18 qutu götürdülər ki, onların daxilində Porites astreoides mərcanlarının sürfələri yerləşirdi. Qutular müxtəlif yerlərdə quraşdırmışdı: cansız və sağlam rifli yerlərdə. Aydın oldu ki, sürfələr əsasən rif icmaları tərəfindən generasiya olunan aşağı tezlikli səslərin daha çox olduğu yerlərdə möhkəmlənməyə üstünlük verirdilər.

 

Mənbə: Dni24.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR