Alimlər koronavirus xəstəliyi keçirən şəxslərdə sonsuzluq riskini qiymətləndiriblər
Belə bir qorxunu Hubey əyaləti mütəxəssislərinin adminstrativ saytda dərc olunmuş hesabatı yaradıb.
Ens.az saytı bildirir ki, bir müddət öncə Hubey əyalətinin saytında koronavirusun insan orqanizminə təsirini araşdıran Çin mütəxəssisləri, yoluxmuş bütün kişiləri sonsuzluq testindən keçməyə çağırıb. Məlumatda sadəcə belə bir ehtimalın təxmin edildiyi qeyd olunsa da, dərhal geniş panikaya səbəb oldu. Hesabat tez bir zamanda saytdan çıxarıldı, ancaq artıq gec idi və məlumat kanalları vasitəsi ilə yayılmışdı.
Rusiyanın Seçenov Universitetinin Urologiya və Reproduktiv Sağlamlıq İnstitutunun elmi işlər üzrə direktor müavini Dmitri Enikeev hesab edir ki, bu fərziyyə kişilərin reproduktiv orqanlarında iltihaba səbəb olan SARS ilə koranavirus arasındakı bəzi oxşarlıqlara əsaslanaraq edilib. Ancaq sonradan hər hansı bir anormallıq aşkarlanmadı və sətəlcəmdən əziyyət çəkənlərin heç biri sonsuzluqdan şikayət etmədi.
Digər bir rusiyalı tibb tədqiqatçısı David Naimzada, hesabatın ümumiyyətlə informativ xarakter daşıdığını, analiz verməyə çağırışın elm adamlarının öyrənməsi üçün zəruri olduğunu, lakin səhv başa düşüldünü qeyd edib.
Böyük elmi işçi Mariya Orlova izah edir ki, bakterial infeksiya əslində kişi sonsuzluğuna səbəb ola bilər, amma bu ehtimal azdır.
Mənbə: www.medikforum.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox