Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər: koronavirus insanın ömrünü 10 il azaldır

Alimlər: koronavirus insanın ömrünü 10 il azaldır
Sakura

Alimlər: koronavirus insanın ömrünü 10 il azaldır

Ens.az saytı bildirir ki, Şotlandiyadan olan tədqiqatçılar, yeni koronavirusun, bu xəstəlikdən ölən insanların ortalama on il ömrünü "oğurladığı" qənaətinə gəliblər. Onların araşdırması "Wellcome Open Research" portalında yayımlanıb.

Şotlandiya Milli Səhiyyə Xidmətinin, eləcə 

də Qlazqo və Edinburq universitetlərinin alimləri COVID-19 xəstələri üçün YLL (years life lost - həyatdan itən illər) hesablayıblar.

Tədqiqatçılar, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standart həyat cədvəllərini, İtaliyada koronavirusdan ölənlərin yaş və cins məlumatlarını, yaş / cins / uzunmüddətli şərtlərin müxtəlif birləşmələrinə əsaslanaraq həyat sürmə proqnozlarına dair Böyük Britaniya səhiyyə məlumatlarını istifadə edərək COVID-19 ilə YLL qiymətləndiriblər (astma, xroniki obstruktiv ağciyər xəstəliyi, hipertansiyon, koroner ürək xəstəliyi və diabet də daxil olmaqla).

YLL yaş, cinsiyyət, uzunmüddətli vəziyyətin növü və multimorbidlik (bir xəstədə çox sayda patoloji fenomeni) nəzərə alınmaqla hesablanmışdır.

Nəticədə alimlər müəyyənləşdiriblər ki, koronavirusdan ölən kişilər orta hesabla 13 il, qadınlar isə 11 il həyat itiriblər.

Tədqiqatçılar, "COVID-19-dan ölüm nisbəti YLL baxımından əhəmiyyətli bir yükü ifadə edir" deyiblər.

Xatırladaq ki, bir müddət əvvəl London İmperial Kollecində koronavirusdan öncədən proqnozlaşdırıldığından daha az insanın öldüyünü, lakin hələ də qripdən daha çox olduğunu söyləmişdilər. Alimlər virusa yoluxanların təxminən 0,66 faizinin öləcəyini təxmin edirlər. Bu, qripdən ölən insanların 0,1 faizindən çoxdur.

Tədqiqatçıların fikrincə, 80 yaş və daha yuxarı insanlar arasında ölüm nisbəti təxminən 7,8 faiz olacaq.

 

Mənbə: news.rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR