Alimlər kimyəvi məişət vasitələrinin təhlükəsi barədə xəbərdarlıq etdi
Tərkibində triklozan olan kimyəvi məişət vasitələri orqanizmin antibiotiklərə həssaslığını 100 dəfəyə qədər azalda və bununla da infeksiyaların müalicəsinin qarşısını ala bilər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Phys.org portalı xəbər verib.
Alimlər bunun üçün iki qrup infeksiyaya yoluxmuş siçan üzərində təcrübə aparıblar. Hər iki qrup antibiotiklərlə müalicə edilib, lakin qruplardan biri müalicədən əvvəl triklozanın təsirinə məruz qalıb.
Məlum olub ki, bu maddə hüceyrənin inkişafında məsul olan ppGpp molekulunun fəallığına təsir edir. Nəticədə molekul qismən biosintez prosesini dayandırır.
«Tibbdə belə bir qayda var ki, antibiotiklərin qəbuluna qədər hüceyrələrin böyüməsini yavaşladan dərmanları qəbul eləmək olmaz»- deyə biloloqiya professoru Petra Levin bildirib.
Eksperimentlər triklozanın infeksiyaların müalicəsində effektlivliyi azaltmasında birbaşa rolunu müəyyən etməkə imkan verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət