Dərc edildi: Baxış sayı: 607
Alimlər: işdəki səs-küy nə qədər təhlükəlidir?
Ens.az xəbər verir ki, mütəxəssislər belə bir nəticəyə gəldilər ki, iş günündə səs-küy baş ağrısının yaranmasına səbəb ola bilər.
Müasir ofislərdə işləyən insanlar tez-tez xəstələnir, həmçinin yüksək təzyiq və stressdən əziyyət çəkirlər.
Lüsern Universitetinin İsveçrəli alimləri təsbit ediblər ki, bunun günahı müasir tikinti materiallarından istifadə edilməsinin akustik yan təsirləridir. Söhbət polad, şüşə, beton və daşdan gedir.
Belə şəraitdə səs orqanizm üçün əlavə qıcıqlanma yaratmaqla əks olunur. İnsanlar konsentrasiyanı itirir, işə köklənə bilmir, onların iş qabiliyyəti aşağı düşür.
Həmçinin, mütəxəssislərin fikrincə, belə iş şəraiti ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət