Slimfit
  1. TEXNOLOGİYA

Alimlər internetin beyinə təsirini araşdırıblar

Alimlər internetin beyinə təsirini araşdırıblar
Sakura

Alimlər internetin beyinə təsirini araşdırıblar

İnternetin insanların psixi sağlamlığı və düşünmə qabiliyyətinə təsiri mövzusunda onlarla elmi işi təhlil etmiş Oksford və Harvard universitetləri, London Kral Kolleci və Qərbi Sidney Universitetinin işləyən alimlər qrupunun qənaətinə görə, internetdən izafi istifadə diqqətin konsentrasiyası müddətini aşağı salır və yaddaşı pisləşdirir.

ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, daima üzə çıxan bildirişlər, abunələr, mesajlar, endirimlər haqqında təkliflər və veb-sörfinq zamanı diqqəti yayındıran digər amillər beynin funksiyalarına birbaşa təsir edir. Məsələn, fikri cəmləmək qabiliyyəti pisləşir. Lakin kağız jurnalın oxunması belə təsir göstərmir.

Digər bir risk internetin "xarici yaddaş"a çevrilməsi ilə bağlıdır: insanlar informasiya əldə etmək üçün daha çox smartfondan istifadə edirlər. Ancaq axtarılıb tapılmış məlumatları yadda saxlamaq əvəzinə, beyin yalnız həmin məlumatları harada tapmaq lazım olduğunu qeydə alır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR