Slimfit
  1. ELM

Alimlər insanın nə zaman qocaldığını izah etdilər

Alimlər insanın nə zaman qocaldığını izah etdilər
Sakura

Alimlər insanın nə zaman qocaldığını izah etdilər

 

Mütəxəssislər insanın hansı yaşdan başlayaraq yaşlı hesab oluna biləcəyini izah ediblər.

Qeyd olunur ki, hazırda bir çox ölkələrdə həyat səviyyəsinin yaxşılaşması müşahidə olunur, bununla əlaqədar insanların sağlamlıq parametrləri də dəyişib.

Hazırda şəxsin məhz nə zaman yaşlı vətəndaşlar kateqoriyasına keçməsinin vahid tərifi yoxdur. Hesab edilir ki, ahıl yaş yalnız insanın fiziki göstəricilərindən asılı deyil, həm də onun statusundan asılıdır. Məsələn, pensiyaya çıxmış əməkdaş yaşlı sayıla bilər. Lakin qocalıq çox vaxt məhz insanın fiziki vəziyyətinin səviyyəsi ilə əlaqələndirilir.

BMT-nin təsnifatına əsasən, qocalıq 65 yaşdan başlayır, lakin Dünya Səhiyyə Təşkilatı bildirir ki, ahıllıq 60 yaşdan 75-dək başlayır. Herontologiya (yaşlanma haqqında  elm – red.) da bu məsələdə DST ilə razılaşır.

Britaniyalı alimlər isə aktiv pensiyaçılar kateqoriyasını təsis etməyi təklif ediblər. Belə ki, indi bir çox pensiyaçılar aktiv həyat yaşamağa davam edirlər.  Bu səbəbdən də, alimlərin fikrincə, artıq sağlamlıq vəziyyəti səbəbindən adi məişət durumuna tez reaksiya verə bilməyən şəxsləri yaşlı insan hesab etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR