Slimfit
  1. ELM

Alimlər insanın dişlərindən onun keçmişini oxumağı öyrəniblər

Alimlər insanın dişlərindən onun keçmişini  oxumağı öyrəniblər
Sakura

Alimlər insanın dişlərindən onun keçmişini oxumağı öyrəniblər

Ens.az bildirir ki, dişlər, qayğıya ehtiyacı olan bir orqan olaraq , ən çox ağrımağa  başlayanda yada düşür. Çoxu, onun insan sağlamlığı ilə nə qədər sıx bağlı olduğu haqqında nadir hallarda  düşünürlər.

Bundan əlavə, alimlərin fikrincə, dişlər böyük həyat hadisələrinin salnaməsidir. İnsan həyatını, ağac kötüklərindəki halqalara bənzər olan dişin sirli zolaqlarına görə oxumaq olar. Diş bir skeletin ölü hissəsi deyil.  Tədqiqatçılar dişlərin fizioloji proseslərə cavab verdiyinə inanırlar.

Tədqiqat zamanı ,alimlər,  25 yaşdan 69 yaşa qədər olan 15 ölü insandan 47 diş nümunəsini analiz ediblər.  Hər bir dişin kökünü əhatə edən kalsine olunmuş maddə böyümənin incə xəttlərini qeyd edə bilər, bunlardan dişin kimə aid olduğu haqqında çox şey öyrənə bilərsiniz.  Bu susuzlaşdırılmış maddəni sement adlandırırlar.  Emal və dentin qatından fərqli olaraq, sement yalnız gənclikdə deyil, həyat boyu böyüyür.  Bu uzunömürlülük səbəbindən o, insanın həyatı boyunca baş verən proseslər haqqında çox şey deyə bilər.

Tədqiqatçılar, insanın dişindəki dəyişikliklərin onların həyatında baş verən doğuş və menopoz kimi böyük həyati hadisələrə uyğun olub olmadığını öyrənməyə başlamışlar.  Onların fərziyyələri öz təsdiqini tapıb.  Araşdırmalar zaman digər növ hadisələrin də dişlərdə silinməz izlər buraxdığının şahidi oldular : xroniki xəstəliklər, məhkumluq həyatı və hətta kənddən şəhərə köçmək.

Hələ də çox sayda suallar cavabsız qalıb, ancaq bu gələcək araşdırmalara ciddi təsir edəcək bir kəşf ola bilər: arxeologiyadan tutmuş tibbə qədər.  Hər bir insanın dişlərində həyatının əsas anlarının qorunub saxlanıldığı gizli  kapsullar var. Bu araşdırma insanların yalnız doğuş və menopoz  deyil, həm də xəstəliklər və həyat tərzindəki kəskin dəyişikliklər haqqında özündə məlumat saxlayan histoloji markerlərə sahib olmalarını  sübut edir.

Nəticələr, diş sementinin fərdi bir bioloji arxiv olduğunu göstərir.  Onun sayəsində bu günə qədər digər toxumalardan əldə edilməsi mümkün olmayan həyat  tarixində olan  yaşam dövrü mərhələlərini aşkarlamaq və dəqiq hesablamaq mümkündür.

Mənbə: hotgeo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR