Slimfit
  1. ELM

Alimlər: insan beyni xatirələr yaratmağa qadirdir

Alimlər: insan beyni xatirələr yaratmağa qadirdir
Sakura

Alimlər: insan beyni xatirələr yaratmağa qadirdir

Kembric Universitetinin alimləri təcrübə aparıblar, proses zamanı aydınlaşdırıblar ki, insan beyni xatirələr yaratmağa qadirdir. Onların işinin nəticələri Journal of Neuroscience jurnalındakı məqalədə dərc olunub.

Britaniya alimlərinin elmi işinin nəticəsi göstərdi ki, hippokamp fasiləsiz şəxsi təcrübəni onların tam xatirəyə çevrilməsinə qədər ayrıca hadisələrə bölür.

Beynin gicgah paylarında gizlənən hippokampın kiçik strukturları yaddaşın saxlanması və möhkəmlənməsində vacib rol oynayır. Mütəxəssislər bu funksiyanın aktiv araşdırmasını aparırlar, proses zamanı xatirələrə çevrilən təcrübənin ayrı-ayrı fraqmentlərini müəyyənləşdirirlər. Riçard Henson və Aya Ben-Yakov qeyd ediblər ki, əvvəlcə təcrübə narahatlıqların fasiləsiz alqoritmi kimi qəbul edilir, bu da o deməkdir ki, beyin sonrakı manipulyasiya üçün onu hissələrə ayırmağı bacarmalıdır.

Araşdırmanın müəllifləri təcrübədə iştirak edən hər iki cinsin beyninin aktivliyinə nəzarət edirdilər. Onları iki qrupa ayırdılar, birinci tomoqrafda yerləşirdi və 8 dəqiqə yarımlıq Alfred Hiçkokun “Əllər yuxarı!” videoya baxırdı. Ikinci isə Robert Zemekisin “Forest Qamp” kino çarxına baxırdı. Üçüncü iştirakçi qrupa ekspertlər hər iki videoya baxmağı və hər ayrıca hadisəni ayırmaq üçün xronometrajı düymə ilə qeyd etməyi tapşırdılar.

Tədqiqatçılar beynin aktivliyinin dəyişikliyini hadisələrin xronologiyası ilə müqayisə edərkən onlar arasında yüksək qarşılıqlı əlaqə hiss etdilər, bununla belə bu enib-qalxmalar daha çox hippokampda müşahidə olundu ki, o da hər səhnə dəyişəndə dəyişikliklərin ən yüksək hədlərini göstərirdi.

 

Mənbə: Dni24.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR