Slimfit
  1. DÜNYA

Alimlər ilk dəfə ölmüş beyin hücüyrələrini aktivləşdirməyə nail oldular

Alimlər ilk dəfə ölmüş beyin hücüyrələrini aktivləşdirməyə nail oldular
Sakura

Alimlər ilk dəfə ölmüş beyin hücüyrələrini aktivləşdirməyə nail oldular

Yale Tibb Məktəbinin araşdırmaçıları ölü bir donuz beyni üzərində apardıqları tədqiqat işlərində ilk dəfə ölmüş hücüyrələri yenidən aktiv hala gətirməyi bacardılar.

Beyinin fəaliyyətinin davamlılığı üçün oksigen çox vacibdir. Oksigen axını dayandırıldığında, beynin fəaliyyət dayanır və sonra hücüyrələrin ölməsi prosesi başlayır. Neyronların ölümü geri dönüşü olmayan və sonda ölümlə nəticələnən prosesdir. Lakin, artıq bu problemin də həlli mümkündür.

Chip.az bildirir ki, Yale Tibb Məktəbindən Nenad Sestan-ın rəhbərlik etdiyi bir qrup beyində neyron ölümünün uzun müddət ərzində baş verdiyini və bu halın bərpa oluna biləcəyini düşünürlər. Araşdırmalar nəticəsində donuzların beyinlərin ölümdən dörd saat sonra belə gizli hücüyrə aktivliyini müşahidə ediblər.

Komanda 32 donuz beynini xüsusi qablara yerləşdirdi. Həmin beyinlərin damarlarına ürək döyüntülərini əks etdirən nasos tərəfindən qidalandırıcı və qoruyucu maye göndərildi. Bu proses bir çox neyron və digər hüceyrələrin ölümünə mane oldu və beyni qorumağa müvəffəq oldu. Hüceyrələr yenidən oksigen və qida almağa başladı. Hətta ölmüş neyronlar belə yenidən aktivləşdi.

Lakin qeyd edək ki, hüceyrələrdəki bu canlanma şüur ​​qazanma, qəbul etmə qabiliyyəti inkişaf etdirmək, ya da yeni həyat mərhələsinə gətirəcək qədər mükəmməl deyil.

Qeyd edə ki, tədqiqatın əsas məqsədi iflic, ürək kimi sağlamlıq problemi nəticəsində ziyan görən beyinin bərpasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR