Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər

Alimlər ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər
Sakura

Alimlər ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər

Rusiya Elmlər Akademiyası (REA) Sibir Bölməsinin Novosibirsk Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun İmmunogenetika laboratoriyasının əməkdaşları ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər. 

TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə REA Sibir Bölməsinin yeni növ koronavirus infeksiyası ilə mübarizə üzrə İşçi qrupunun məsul katibi Olqa Doroxova məlumat verib.

“COVID-19-a qarşı anticisimlərin alınması üçün xəstəliyi keçirmiş donorlardan qan nümunələri götürülüb və tək B-limfositlərin çeşidləməsi üzrə unikal texnologiya istifadə edilib. Alınmış anticisimlər virusun və ACE2 hüceyrə reseptorunun qarşılıqlı təsirini bloklamaq və virusun hüceyrəyə nüfuz etməsinin qarşısını almaq imkanına malikdir”, – deyə, O.Doroxova bildirib.

Gələcək tədqiqat istiqamətləri COVID-19-un spesifik terapiyası və profilaktikası vasitələrinin yaradılmasını nəzərdə tutur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR