Slimfit
  1. MARAQLI

Alimlər həşaratın iynəsindən qurtulmağın çarəsini tapdılar

Alimlər həşaratın iynəsindən qurtulmağın çarəsini tapdılar
Sakura

Alimlər həşaratın iynəsindən qurtulmağın çarəsini tapdılar

Ağcaqanadlar təhlükə ilə bağlı olan qoxuları yadda saxlaya bilir və ondan qaçır. Bu xüsusiyət imkan verir ki, təhlükəli xəstəliklər yayan həşəratlarla mübarizə vasitələri düzəldilsin.
 
Moderator.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton universitetinin alimləri bu nəticəyə gəliblər. 
 
Tədqiqat zamanı erkək sarıqızdırmalı ağcaqanadı içərisində müxtəlif adamların və siçanların iyi gələn parçaların olduğu kameraya salıblar. Həşarat onun üzərinə qonanda vibrasiyanın köməyi ilə ağcaqanadı qorxudublar.
 
Bir sutkadan sonra həşaratları iki dəhlizi olan başqa bir yerə salıblar. Dəhlizin birindən qoxusuz hava buraxılıb, o birisindən əvvəlki ekspermentdəki iy buraxılıb. Belə olanda həşaratlar həmin qoxu gələn dəhlizə tərəf uçmayıblar.
 
Bioloqlar aydınlaşdırıblar ki, iyi yadda saxlamaq üçün ağcaqanada neyromediator dofamin kömək edir. Genetik xüsusiyyətlər bu iyi fərqləndirə bilmir. 
 
Tədqiqatçılar hesab edir ki, gen mühəndisliyinin köməyilə dofaminin hasil edilməsinin pozulması imkan verər ki, ağcaqanadlar insan iyini tanımasını itirsinlər...
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR