Dərc edildi: Baxış sayı: 382
Alimlər hava limanlarında ən çirkli əşyaları açıqlayıb
Sərnişinlərin uçuşöncəsi nəzarətdən keçərkən əl baqajlarını qoymaq üçün nəzərdə tutulan plastik qutular hava limanlarında ən çirkli əşyalardır.
"Report" xəbər verir ki, bu barədə "The Sun" yazıb.
Finlandiyanın paytaxtı Helsinkidəki Vantaa hava limanını tədqiq edən Nottingem Universitetinin pandemiya üzrə mütəxəssislərinin sözlərinə görə, viruslar, o cümlədən soyuqdəymə və qrip virusları bu qutularda ən yüksək konsentrasiyada olur.
Xəstəliyə səbəb ola biləcək bakteriyalar həmçinin mağazalarda ödəmə terminallarının səthində, pasport yoxlanışı məntəqələrində və uşaq otaqlarında aşkar edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət