Slimfit
  1. TEXNOLOGİYA

Alimlər GPS texnologiyasına əvəzetmə hazırlayıblar

Alimlər GPS texnologiyasına əvəzetmə hazırlayıblar
Sakura

Alimlər GPS texnologiyasına əvəzetmə hazırlayıblar

Sasseks Universitetində “Emergent Photonics Lab” (EPic Lab) laboratoriyasının alimləri GPS texnologiyasına əvəzetmə kimi lazer şüalanması əsasında işləyən atom saatından istifadə ediblər.
 
ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, müasir smartfon və digər naviqasiya qurğularında GPS və QLONASS peyk sistemləri tətbiq edilir. Bu o deməkdir, istifadəçilər peyk siqnalının əlçatanlığı sahəsində daima beynəlxalq siyasətdən asılıdırlar. Belə görünür ki, indi bu problemin universal həlli meydana çıxıb.
 
İstehsalçılar belə hesab edirlər ki, onların texnologiyası insanların gündəlik həyatını dəyişdirəcək və avtomobil, pilotsuz uçan aparatlar, həmçinin aerokosmik sənayedə istifadə ediləcək. Hazırlanmış yığcam atom saatlarında kiçikölçülü çipə daxil edilmiş işıq impulsları tətbiq edilir. Bu, fiber-optik internet kabellərinin iş prinsipini xatırladır.
 
Yığcam atom saatları bir çox sahələrdə tətbiq edilə bilər. Məsələn, təcili yardım maşını, hətta tuneldə olarkən məkanı təyinetmə sistemindən istifadə edə, adi istifadəçilər isə mobil siqnalın əlçatmaz olduğu metro və ya başqa yerlərdə olarkən marşrutlarını planlaşdıra biləcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR