Slimfit
  1. PSİXOLOGİYA

Alimlər ər-arvadın nə vaxt dalaşmağı dayandırdıqlarını aydınlaşdırıblar

Alimlər ər-arvadın nə vaxt dalaşmağı dayandırdıqlarını aydınlaşdırıblar
Sakura

Alimlər ər-arvadın nə vaxt dalaşmağı dayandırdıqlarını aydınlaşdırıblar

Ər və arvad yalnız on ildən çox birgə yaşayandan sonra boş şeylərə görə bir-birilə daim mübahisə etməyi dayandırır ki, bu zaman onları yumor və bir-birinin mənfi və müsbət cəhətlərinin anlayışı əvəz edir. Bu nəticəyə öz müşahidələrini Emotion jurnalında təqdim etmiş sosioloqlar gəliblər.

“Bu kəşf sağlamlığımız üçün müsbət emosiyaların vacibliyini vurğulayır. O ailəli kişilər və qadınların orta hesabla yalnız yaşı insanlardan nə üçün daha çox yaşadıqlarını izah edir”, - Berklidəki (ABŞ) Kaliforniya Universitetindən Elis Versten danışır.

Onun elmi kollektivi bu nəticəyə sadə suala cavab tapmağa cəhd edərkən gəlib: ailənin müxtəlif üzvəri bir-birinə necə münasibət bəsləyir və onda atalar, oğullar, analar, nənələr, babalar, bacılar və digər insanlar hansı rolu oynayır və onlar bir-birində hansı emosiyaları doğurur.

Alimlər, sosioloqlar və təkamülçülər qeyd etdiyi kimi bu gün elə hesab edirlər ki, ailəni möhkəmləndirməyə kömək edən və onu “cəmiyyətin hüceyrəsi” edən müsbət əlaqələrə adətən fikir verilir, amma narahatlıq və iştirakçılardan birinin kəskin istəyinə səbəb olan mənfi əlaqələr də vacib rol oynayır.

Məsələn: Verstenin komandasını müxtəlif xırda  məsələlər ətrafında mübahisələrin və onlarla bağlı narazılıqlar nə qədər çox boşanmalar və ailə dağılmalarına səbəb olmaları maraqlandırırdı. Bu gün hər ikinci ər-arvad cütlüyü birgə həyatın ilk iki ilində ayrılır, qalmaqallar və mübahisələr onların ayrılmasında aparıcı rol oynaya bilər.

Sosioloqlar birlikdə 15-35 il yaşamış yüzlərlə sabit ailə cütlüklərini müşahidə edərək, bu suala dəqiq cavab tapmağa cəhd etdilər. Beş ildən bir alimlər öz laboratoriyalarına onları dəvət ediblər ə onlara müştərək həyatlarında qarşılaqıqları problemləri müzakirə etməyi və son mübahisənin səbəbini deməyi təklif ediblər.

Versten və onun həmkarlarını təkcə onların dialoqunun mövzusu deyil, həm də söhbət zamanı onların hansı emosiyalar göstərdiyi, onlar bir-birilə nə qədər tez-tez mübahisə edir və razılaşırlar və “ikinci yarısı” tərəfindən aqressiya olanda onların davranışının necə dəyişdiyi maraqlandırırdı.

Ümumilikdə 13 il davam edən bu müşahidələr maraqlı fenomen açıqladı. Bir tərəfdən, gənc cütlüklər neqativ emosiyalara və mübahisələrin çox aqressiv aparılması tərzinə daha meylli idilər. Digər tərəfdən, bu bir-birilə iyirmi ildən çox yaşamış ər-arvad üçün tamamilə xarakterik deyil.

Maraqlı olan budur ki, eyni ər-arvad cütlüyünün davranışı vaxt keçdikcə oxşar obrazla dəyişirdi. Münaqişələrin kəskinliyi onlara olan reaksiya kimi zəifləyirdi, həyatdan məmnunluq və müsbət emosiyaların kəmiyyəti isə tədricən artırdı.

Alimlər hesab edirlər ki, belə qanunauyğunluqlar sosial işçilər və bu sahə üzrə nazirliklərin məmurları tərəfindən (ailə dəyərlərinin möhkəmləndirilməsinə cavabdeh olan və “cəmiyyətin hüceyrəsi”nin sağlamlığını dəstəkləyən) )nəzərə alınmalıdır.

 

Mənbə: Mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR