Dərc edildi: Baxış sayı: 976
:0
Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər
Fransalı alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.
Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.
Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.
Alimlər qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət