Slimfit
  1. ELM

Alimlər çatışmazlığı autizmə səbəb olan gen kəşf edib

Alimlər çatışmazlığı autizmə səbəb olan gen kəşf edib
Sakura

Alimlər çatışmazlığı autizmə səbəb olan gen kəşf edib

Çin Elmlər Akademiyasının alimləri siçanlar üzərində apardığı təcrübələrdə PAK2 geni və bu genin kodladığı PAK2 treonin kinaza fermenti çatışmazlığının autizmin yaranmasına səbəb ola biləcəyini ortaya çıxarıblar.

FaktXəbər bildirir ki, "Şinhua" agentliyinin xəbərinə görə, sözügedən təcrübələrdə siçovullardakı PAK2 geni götürülüb. Daha sonra aparılan monitorinqlərdə həmin genin çatışmazlığının sinir funksiyalarının anormallaşmasına və autizmə meylli davranışların ortaya çıxmasına gətirib çıxardığı müşahidə edilib.

PAK2 geninin kodladığı treonin PAK2 fermentinin hüceyrə skeletinin yenidən təşkili ilə hüceyrənin böyümə və ölümündə aparıcı rol oynadığı bildirilir.

Əvvəllər həyata keçirilən işlərdə autizmə bağlı 800-dən çox gen olduğu müəyyən edilmişdi. Həmin genlərin funksiyaları və autizmin inkişafındakı təsirləri hələ də qeyri-müəyyənliyini qoruyur.

Əksəriyyətlə irsi yollarla keçən autizm insanlarda zehni nizamsızlığa səbəb olur. Sosial qarşılıqlı münasibət və əlaqədə çətinlik xəstəliyin mühüm əlamətlərindən sayılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR