Slimfit
  1. ELM

Alimlər beyin qabığının 300 milyon il əvvəl ortaya çıxdığını sübut etdilər

Alimlər beyin qabığının 300 milyon il əvvəl ortaya çıxdığını sübut etdilər
Sakura

Alimlər beyin qabığının 300 milyon il əvvəl ortaya çıxdığını sübut etdilər

Ən qədim onurğalılarda beyin qabığının görünüşünün yaşı İsveçdəki Karolin İnstitutunun alimləri tərəfindən müəyyən edilib. Ens.az bildirir ki, müəlliflər araşdırmanın nəticələrini bir neçə gün öncə "Nature" jurnalında dərc ediblər.

İsveç alimləri dövrümüzə qədər qalan ən qədim onurğalıların - ilanbalığının beynini araşdırıblar. İndiyə qədər elm adamları beyin qabığının təxminən 250-200 milyon il əvvəl yaranmağa başladığını güman edirdilər.

Ancaq yeni araşdırma zamanı ilanbalığının beynində mürəkkəb davranışa cavabdeh olan, məməlilərin beyin qabığında olanlara bənzəyən bölmələri aşkar edilib. Alimlər ilanbalığı beyninin qabığında insan beyninə oxşar olan müxtəlif sahələri üzə çıxarıb: görmə sahəsi , hiss sahəsi və bədənin hərəkətinə məsul sahə.

Güman edilir ki, məməlilərin və ilanbalıqlarının beyinləri eyni şəkildə inkişaf etmişdir. Eyni zamanda, ilanbalıqları məməlilərə nisbətən daha erkən yaranmışdır - onların yaşı 500 milyon ildir.

Yeni bir araşdırmaya əsasən, elm adamları funksional olaraq insan beyninin 500 milyon il əvvəl erkən təbiət tərəfindən icad edildiyi qənaətinə gəlirlər.

Mənbə: news.rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR