Slimfit
  1. MARAQLI

Alimlər bəşəriyyət tarixində ən pis ili açıqladılar

Alimlər bəşəriyyət tarixində ən pis ili açıqladılar
Sakura

Fəlakətlərin səbəbi vulkanların kütləvi püskürməsi olub.

Amerikalı alimlər İsveçrə və İtaliya arasındakı sərhəddəki buzlaqların araşdırmalarının sayəsində nəticəyə gəliblər ki, bəşəriyyət tarixində “ən pis” dövrlərdən biri eramızın 536-cı ilində başlayıb. Bu barədə Science portalı yazır.

Harvard Universitetindən olan arxeoloq və Orta Əsrlər tarixçisi Maykl Makkormik əmindir ki, məhz həmin ildə bəşəriyyət apokalipsis yaşadı.  O zaman Bizans imperatoru Böyük Yustinianın hökmranlığının altıncı ili idi və hər yerdə yerli hərbi toqquşmalar baş verirdi.

Amma bu əsas deyildi. Alimin fikrincə, Antarktida və Qrenlandiyadakı nəhəng vulkanların püskürməsi nəticəsində göydə müəmmalı tozlu duman yarandı ki, günəş şüalarını tam olaraq bağladı, bu da əsl fəlakətə gətirib çıxardı: qlobal quraqlıq, qıtlıq, hər yerdə aclıq və soyuqluq. Makkormik bildirib ki, Avropa, Yaxın Şərq və Asiyanın bir hissəsi 18 aylıq “müəmmalı duman”-a qərq oldu.

Bununla belə qrenlandiya və antarktik buz özəklərinə əsasən, artıq dörd il sonra ikinci qlobal püsrükmə baş verdi. O dövdrə Yustinian taununun gəlməsi ilə təkcə Bizansda hər gün 10 min insan tələf oldu, insanların həyatı əsl cəhənnəmə çevrilmişdi.

Baş vermiş fəlakətdən bərpa olunmağa bəşəriyyət ancaq 100 il sonra 640-cı ildə nail oldu.

 

Mənbə: Golbis.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR