Dərc edildi: Baxış sayı: 691
Alimlər arıqlama prosesində ən vacib nüansı açıqladılar
ABŞ-ın Kolorado Universitetinin alimləri arıqlama prosesində ən vacib nüansı açıqlayıblar. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Sciense Daily xəbər verib.
Jurnalın informasiyasına görə, araşdırmaçılar müxtəlif dieta və fiziki məşqləri öyrəniblər. Eksperiment iştirakçıları arıqlamağa çalışıblar, alimlər isə xüsusi üsulla onların nəticələrini analiz ediblər.
Məlum olub ki, ən yaxşı nəticəni pəhrizlər yox, idman verir. Məşqlərin sayəsində kalorilər tez və effektiv xərclənib. Bundan başqa məşqlər artıq arıqlayan şəxslərin yenidən kökəlməsinə mane olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət