Slimfit
  1. DÜNYA

Alimlər Antarktika yosunlarını donmaqdan qoruyan genləri aşkar ediblər

Alimlər Antarktika yosunlarını donmaqdan qoruyan genləri aşkar ediblər
Sakura

Alimlər Antarktika yosunlarını donmaqdan qoruyan genləri aşkar ediblər

ABŞ-ın molekulyar bioloqları Antarktika regionunda yosunları donmaq və məhv olmaqdan qoruyan genləri aşkar ediblər. Tədqiqatın nəticələri “Frontiers in Plant Science” jurnalında dərc edilib.

Ens.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Nevada ştatı universitetinin (ABŞ) professoru Ceyms Reymond deyib: “Biz ekstremal şəraitdə mikroblara sağ qalmağa kömək edən mexanizmləri öyrənirik. Bonni gölündəki xlamidomonada yosunları bunun üçün idealdır. Çünki onlar daim həddən aşağı temperaturun, qütb gecəsinin və böyük miqdarda duzun təsirinə məruz qalır. Biz onların qliserin əmələ gətirdiyini sübut etdik”.

Bir qayda olaraq, aşağı temperatur və şaxta bütün çoxhüceyrəli orqanizmlərin hüceyrələrini məhv edir. Bu, temperatur aşağı düşərkən hüceyrələrdə membranları parçalayan buz kristallarının yaranması ilə əlaqədardır.

Qurbağa və ya soxulcan kimi canlılar bu problemi həll edib. Onların orqanizmi xüsusi maddə - “antifriz” buraxır ki, bu da buz kristallarının yaranmasına mane olaraq orqanizmə şaxtaya davam gətirməyə kömək edir. Təqribən 20 il əvvəl alimlər bu antifrizlərin ilk sintetik analoqunu yaradıblar.

Əvvəllər alimlər qütbarxasında mikrob və bitkilərin qliserin əmələ gətirib-gətirməməsini, habelə molekulların bu “antifriz”i məhz necə sintez etməsini araşdırmayıblar. Ceyms Reymond və onun həmkarları Bonni buzaltı gölündə xlamidomonada cinsindən iki yosun növünü tədqiq edərək bu boşluğu doldurublar.

Göl Viktoriya Torpağında Mak-Merdo vadisində yerləşir. Həmin ərazi üçün “Mars” iqlimi və temperaturu xasdır. Göldə duzun qatılığı da çoxdur.

Son onilliklər ərzində həm quru ərazini, həm də Bonni gölünü NASA-nın mütəxəssisləri və bioloqları fəal öyrənirlər. Onları müvafiq şəraitdə yaşamağa uyğunlaşmış yerli mikrob-ekstremofillər və bitkilər maraqlandırır. Sonuncular arasında xlamidiyalar Antarktika qışında gölün çox duzlu sularında, demək olar, tam işıqsız şəraitdə yaşamağa öyrənib.

Ceyms Reymond və onun həmkarları həmin yosunların genom strukturunu təfsilatı ilə öyrəniblər. Sonra onu “Dunaliella salina” növündən yosunun DNT quruluşu ilə müqayisə ediblər. Məlum olub ki, sonuncular qliserindən duzlu göllərdə yaşamaq üçün istifadə edir.

Nəticədə alimlər yosunların hər iki növündə qliserinin sintezinə oxşar genləri (birində üç, digərində beş) ayırıblar. Sonrakı təcrübələr göstərib ki, bu genlər PSP/GPDH fermentinin hasili ilə əlaqədardır. O, aseton birləşməsini və fosfor turşusunu əvvəlcə fosfat qliserinə, sonra təmiz “antifrizə” çevirir.

Maraqlıdır ki, alimlərin yosunların hüceyrələrində aşkar etdikləri qliserinin miqdarı onları donmaqdan qorumaq üçün yetərlidir, lakin sudakı çoxlu miqdarda duzdan qorumaq üçün kifayət etmir.

Buna görə də bioloqlar hesab edirlər ki, xlamidomonada növlərinin genomlarında digər gen zənciri də var ki, onlar orqanizmdən duzun artığını çıxarmağa və Enkeladın buzaltı okeanlarını, eləcə də Günəş sisteminin digər buzla örtülü obyektlərindəki şəraiti xatırladan yerlərdə yaşamağa imkan yaradır.

“Son illərin kəşfləri nəticəsində biz Günəş sisteminə aid digər səma cisimlərində həyatın gizlənə biləcəyi haqqında təsəvvürlərimizi xeyli genişləndirmişik. Belə ki, söhbət Bonni gölündə olduğu kimi, eynən duzlu, qaranlıq və soyuq sulu buzaltı okeanların olduğu güman edilən planetlərdən gedir”, - deyə C.Reymond fikrini yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR