Slimfit
  1. ELM

Alimlər anlamaq istəyirlər: nə üçün uzunömürlü insanlar sağlam ölürlər?

Alimlər anlamaq istəyirlər: nə üçün uzunömürlü insanlar sağlam ölürlər?
Sakura

Alimlər niyə uzunömürlü adamların praktik olaraq sağlam öldüklərini anlamaq istəyirlər

Elm adamları hələ ki, yalnız bəzi insanların çox uzun yaşadıqlarını və demək olar ki sağlam öldüklərini təxmin edə bilirlər. Bu unikal insanların kök hüceyrələrinin öyrənilməsi üzrə yeni sınaq yaşlanma prosesinin bir çox xüsusiyyətlərini izah etməyə kömək edəcək.

Bu gün dünyada bədəninin sağlamlığını qoruyub saxlayan, 110 illik mərhələni keçən insanlar elə də çox deyil. Bu nadir insanların həyatları boyunca xərçəng, Altsqeymer xəstəliyi, ürək və qan damarlarının patologiyaları kimi xəstəliklər inkişaf etmir. Yeni bir araşdırmada, Amerikalı alimlər 114 yaşlı bir qadının hüceyrələrini induksiya edilmiş pluripotent kök hüceyrələrə (iPSCs) yenidən proqramlaşdıra və fərqli yaşdakı insanların analoqları ilə müqayisə edə bildilər.

Alimlər bu yaşda olan insanın hüceyrələrini yenidən proqramlaşdırmağın mümkün olub -olmadığını və bundan nə yaranacağını öyrənməyə çalışdılar. Ens.az-ın yazdığına görə, təcrübə baş tutub və hüceyrələr bədənin struktur toxumalarına təkan verən mezenximal kök hüceyrələrə yenidən proqramlanıb.

Tədqiqat zamanı elm adamları daha iki könüllünün - 43 yaşlı sağlam bir insanın və progeriyadan əziyyət çəkən 8 yaşındakı uşağın, erkən yaşlanmaya səbəb olan nadir bir genetik xəstəlik hüceyrələrini yenidən proqramlaşdırdılar.

Uzun ömürlü hüceyrələri yenidən proqramlaşdırma prosesi digər iştirakçılardan hüceyrələri çevirmək qədər asan idi.

Sonra alimlər asanlıqla ilkin vəziyyətinə qayıdan telomerlərə diqqət çəkdilər. Məlumdur ki, xromosomların bu "ucları" qocalma ilə əlaqədardır və telomerlər nə qədər uzun olsa, hüceyrənin həyatı üçün potensial bir o qədər böyükdür. Uzunömürlü afamın telomerlərinin transformasiyası asan olub, lakin bu, digər nümunələrlə müqayisədə daha nadir baş verib, alimlər deyir.

Bu o deməkdir ki, hüceyrə qocalmasını "ləğv etmək" üçün yaşla toplana bilən bəzi maneələri dəf etmək lazımdır.

İndi alimlər ən maraqlı tədqiqat mərhələsinə - üç iştirakçının təkrarlanan hüceyrələrinin unikal xüsusiyyətlərini müəyyənləşdirmək üçün hərtərəfli müqayisə etməyə başladılar. Məsələn, uzunömürlü, adi bir sağlam insan və nadir bir genetik xəstəliyi olan xəstə üçün xarakterik olan genlər və ya xüsusi bir molekulyar proseslər.

"Tədqiqatımız nəhayət uzunömürlülər qrupunun niyə bu qədər yavaş yaşlandığına və bunun arxasında hansı sirrin gizləndiyinə cavab verməyə kömək edəcək" deyə müəlliflər bildirib.

Nəticədə, bu iki istiqamətdə qocalma ilə mübarizə aparmağa kömək edəcək: ya məhv prosesinə maneə törədən, ya da uzun ömürlü hüceyrələrə xas olan “faydalı nümunələri” təqlid edən dərmanların yaradılması üzərində işləmək.

Uzunömürlülər üzərində aparılan başqa bir sınaq, onların immunitetlərinin fərqli şəkildə işlədiyini göstərib.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR