Dərc edildi: Baxış sayı: 829
Alimlər: ananın uşaqlıqda yaşadığı stress övlada ötürülür
Rusiya Elmlər Akademiyasının sitologiya və genetika institutunun Sibir şöbəsinin elmi əməkdaşları aydınlaşdırıblar ki, bu fenomen xatirələrə cavabdeh olan beyin hissəsi - hippokampın inkişafındakı pozğunluqla bağlı ola bilər.
Eksperiment müddətində aydın olub ki, gəmiricilərdə stress hippokampın qısamüddətli yaddaş və öyrənmək qabiliyyətinin yaradıldığı hissədə sinir hüceyrələrinin 12%-ni azaldır. Ən təəccüblü olanı budur ki, deformasiya həm uşaqlıqda stress keçirənlərdə, həm də balalarda baş verirdi.
Bu nəzəriyyənin ən açıq sübutu labirint oldu ki, burada balalar məkandan çıxış vəziyyətini pis yadda saxlayırdılar və qəfəsdəki yeni obyektlərlə az maraqlanırdılar.
Mənbə: Belnovosti.by
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət