Slimfit
  1. MARAQLI

Alimlər açıqladı: “Bu pozada yatmaq olmaz!”

Alimlər açıqladı: “Bu pozada yatmaq olmaz!”
Sakura

Alimlər açıqladı: “Bu pozada yatmaq olmaz!”

Yuxu - beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara məxsus prosesdir.

Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.

Yuxusuzluq nəinki bizim üçün, hətta ətrafımızda olanlar üçün də pisdir. Hesablamalara əsasən hər il yuxulu sürücülərin səhvi ucbatından on minlərlə yol qəzası baş verir. Yuxusuzluq insan ömrünü azalda bilər, eyni zamanda çəkinizin artmasına da səbəb olur. Yuxu pozğunluğu xüsusilə şəkərli və ya duzlu qidaları daha çox yemək istəyi yaradır.

Uzun müddət yuxusuz qalsanız nə baş verər? Bu zaman bulanıq görməyə başlayacaqsınız, eyni zamanda danışıq nitqiniz də qarışıq olacaqdır. Yuxusuzluq konsentrasiya pozğunluğuna da səbəb ola bilir.

Publika.az xarici mətbuata xəbər verir ki, yuxu keyfiyyəti ilə bərabər hansı mövqedə yatmaq böyük əhəmiyyət daşıyır. Alimlər “Çarpayıda necə yatmamaq olmaz?” sualına cavab verib.

Üzü üstə yatmaq ən qeyri-sağlam yuxu mövqeyidir

Amerikalı alimlər araşdırma nəticəsində bu qənaətə gəlib ki, ən qeyri-sağlam yuxu pozası üzü üstə yatmaqdır. Onlar bildirib ki, üzü üstə yatmaq boyun və kürək ağrısı kimi oynaqlarda problemlərinə yol açır.

Nəfəs darlığına səbəb olur

Üzü üstə yatdığımız zaman mədəyə təzyiq edilir.

Həkimlərin sözlərinə görə, qarnı üstündə uzanan insanlar həyati əhəmiyyətli daxili orqanları üçün lazımsız gərginlik yaradırlar. Bu zaman insanın ürəyində müxtəlif zədələr yaranır, tənəffüs sistemi pozulur. Daxili və xarici orqanlar zədələnir, nəticədə qısa və ya uzun nəfəs çatışmazlığı yaranır.

 

Eyni zamanda alimlər bildirirlər ki, qarnı üstündə yatan insanların boynunda, üzündə və sinə hissəsində çox erkən yaşlarında qırışlar meydana gəlir.

Hamilə qadınlar üçün zərərlidir

Amerikanın “Mayo Clinic” şirkətinin professorları xüsusilə hamilə qadınların üz üstə yatmasına icazə vermir. Belə ki, bu vəziyyətdə qan dövranı lazımi sürətdə işləmir. Beləliklə, həm uşağın, həm də ananın sağlamlığı təhlükə altında olur.

Çarpayı sərt olmalıdır

Amerikalı mütəxəssislər hesab edir ki, əgər yuxu mövqeyinizi dəyişə bilmirsinizsə, çarpayını sərt seçin. Əgər bu vərdişi tərgitmək alınmırsa, boynunuzun rahat hərəkət etdirə biləcəyiniz mövqedə və yastıqda yatmağa çalışın.

Alzeymer riskini artırır

Ötən illərdə aparılan araşdırmalar göstərib ki, yuxu problemi olan insanların Alzeymer olma riski 3 qat daha çoxdur. Odur ki, yuxu sağlamlığına diqqət etməkdə fayda var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR