Slimfit
  1. KOSMOS

Alimlər 7 milyard il öncə iki qara dəliyin birləşməsindən yaranmış qravitasiya dalğasını müşahidə ediblər

Alimlər 7 milyard il öncə iki qara dəliyin birləşməsindən yaranmış qravitasiya dalğasını müşahidə ediblər
Sakura

Alimlər 7 milyard il öncə iki qara dəliyin birləşməsindən yaranmış qravitasiya dalğasını müşahidə ediblər

Tədqiqatçılardan ibarət qrup təqribi olaraq 7 milyard il bundan öncə birləşməşmiş iki qara dəliyin izlərini aşkar ediblər. Həmin qara dəliklər Yer kürəsindən o dərəcədə uzaqda olublar ki, onların toqquşmaları nəticəsində yaranmış siqnal yalnız indi gəlib bizə çatıb. Birləşmiş qara dəliklərdən birinin kütləsi indiyənə kimi bu cür toqquşmalarda müahidə edilmiş qara dəliklərin kütlələrindən 1.5 dəfə yüksək olub. GW90521 adını əldə etmiş bu hadisə o nəzəriyyəni sübut edir hansına əsasən ki, bu cür yüksək kütləli qara dəlik daha öncə digər iki qara dəliyin birləşməsindən yaranıb.

Bu barədə Popmech.ru saytı xəbər verib. Alimlərdən biri qeyd edib ki, bu, insanlığın indiyənə kimi müşahidə etmiş olduğu ən böyük partlayışdır. ABŞ ilə Avropada yerləşən LIGO və Virgo adlı detektorlar 21 may 2019-cu il tarixində qeyri adi qravitasiya dalğalarına reaksiya vermişdilər. Xüsusi cihaz vasitəsilə zaman-məkan təhrifi səsə çevrilən vaxt alimlər zərbəyə bənzər səs eşitdilər. Sözügedən siqnal saniyənin 1/10 hissəsi ərzində davam edib.

Məlumatda qeyd edilib ki, birləşmiş qara dəliklərdən ən böyüyü kütləcə bizim Günəşdən 85 dəfə böyük olub. Birləşmədə iştirak etmiş ikinci qara dəliyin kütləsi isə Günəşdən 66 dəfə böyük olub. Nəticədə Alimlər düşünürlər ki, 65 Günəş kütləsindən daha yüksək kütləyə sahib olan qara dəliklər ulduzların məhv olmaları nəticəsində yarana bilməzlər. Bu isə o deməkdir ki, 7 milyard il bundan öncə toqquşmuş iki qara dəlikdən ən yüksək kütləyə sahib olanı da nə vaxtsa digər iki qara dəliyin birləşməsindən yaranıb. 

Mənbə: Technote.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR