Slimfit
  1. TARİX

Alimlər 500 milyon il əvvəl mövcud olan orqanizmi yenidən yaratdılar

Alimlər 500 milyon il əvvəl mövcud olan orqanizmi yenidən yaratdılar
Sakura

Alimlər 500 milyon il əvvəl mövcud olan orqanizmi yenidən yaratdılar

Danimarkadan olan rəssamlar 500 milyon il bundan əvvəl yaşamış qədim buğumayaqlının heykəlini yaratdılar. Bu heykəlin köməyi ilə insanlar Kembri dövründə Yerdə yaşamış bu məxluqlar barədə daha çox məlumat ala biləcək.

Məxluq şəkildə kosmik yad məxluq və ya çox güclü deformasiya olunmuş molyusk kimi görünür, ancaq əslində bu rəssamlar tərəfindən hazırlanmış 500 milyon il əvvəl yaşamış həyat formasıdır. Şəkldə Agnostus pisiformis Skandinaviyada yaşamış molyuskdur. Bu məxluqların uzunluğu cəmi 1sm olsa da onların anatomik quruluşunu ətraflı öyrənmək mümkün olub, çünki onlar şist və əhəngdə yaxşı qalıblar.

Agnostus pisiformis həyata sürfə şəklində başlayıb və sonra özünün sərt ekzoskeletini dəfələrlə atıb yenidən generasiya etməklə yetkin formaya çeviriblər. Onun bədəni iki qalxanla müdafiə olunurdu ki, heyvan çevriləndə molyuskun qabığını xatırladırdı. Məxluqun okeandakı həyatı barədə az məlumat olsada ehtimal olunur ki, onlar suda olan orqanik hissəciklərlə qidalanıblar. Sirli miniatür məxluq müasir alimlər üçün o dövrə aid olan tapıntılar qədər maraqlıdır.

Tədqiqatçılar və rəssamlar ümid edirlər ki, onların heykəlləri bu tip heyvanlara həsr olunmuş sərgilərdə iştirak edəcək. Öz işlərində onlar bu dövrü “Yer tarixində ən maraqlılardan biri” adlandırıblar. Kembri bir çox əcaib məxluqların yaranmasına səbəb olan kembri partlayışı dövrü idi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR