Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimimizin hazırladığı vaksin Türkiyədə sınaqdan keçiriləcək

Alimimizin hazırladığı vaksin Türkiyədə sınaqdan keçiriləcək
Sakura

Alimimizin hazırladığı vaksin Türkiyədə sınaqdan keçiriləcək

Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və o, insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, alim Aztibb.az-a açıqlamasında laboratoriyada xüsusi olaraq istehsal etdikləri tütün bitkisi ailəsinə aid olan "Nicotiana Benthamiana" üzərində yeni nəsil peyvəndləmə işləri apardıqlarını bildirib.

Qeyd edib ki, istehsal etdikləri peyvəndin bir dozası COVİD-19-a qarşı xüsusi immunitet yaradır.

Bu istiqamətdə iki peyvənd inkişaf etdirdiklərini deyən T.Məmmədov qazandıqları nəticələrin son dərəcə uğurlu olduğunu bildirib:

"İstehsal etdiyimiz vaksin namizədlərinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVİD-19 peyvənd namizədlərini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir".

T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.

Qeyd edək ki, Tərlan Məmmədov bir neçə ay əvvəl 20 nəfərlik qrupu ilə COVİD-19-a qarşı peyvənd işlərinə başlamışdı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR